Icma.az
close
up
RU
Bu oyuna artıq derbi demək olmaz! mütəxəssislər “Neftçi”ni “Qarabağ”a rəqib görmür

Bu oyuna artıq derbi demək olmaz! mütəxəssislər “Neftçi”ni “Qarabağ”a rəqib görmür

Icma.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

31-ci turun mərkəzi oyununda “Qarabağ” “Neftçi”ni darmadağın etdi. “Ağ-qaralar” bu mövsüm əzəli rəqibə qarşı keçirdiyi 4-cü oyunda da nəinki qələbə qazana, heç qol da vura bilmədi. Bəs bu darmadağının səbəbi nədi? Günahkar kimdi? Bu sualları mütəxəssislərə ünvanladıq.

Adil Şükürov:

“Bu komandalar arasında oyunlar artıq, sadəcə, ad olaraq derbidi. Yoxsa son dörd ildə “Neftçi”nin “Qarabağ” üzərində qələbəsi yoxdu. Bu mövsümdə “Qarabağ”a bir qol belə vura bilmədilər. Son oyuna baxanda da gördük ki, “Neftçi” bütün komponentlərdə uduzdu. İlk hissədə “Qarabağ” rəqibə hücum etmək imkanı verdi. Sonra da bu hücumlar zamanı müdafiədə boşluqlar verən “Neftçi”ni cəzalandırdı. İlk hissədə vurulan üç qol bunun nümunəsidi. Düşünək ki, “Neftçi” üçün çempionatda medallar uğrunda mübarizə bitib, amma kubok oyunları davam edir. “Neftçi” üçün vacib olan zədəlilərin minimum olması, “Sabah”la oyuna maksimal heyətlə çıxmaq vacib idi. “Neftçi”nin zədəliləri olduğu bəllidi. Kubok oyunundan əvvəl də zədələnəcək futbolçu onların işini daha da ağırlaşdıracaqdı”.


Aslan Kərimov:

“Hər kəs derbi ab-havası yaratsa da, bu oyuna artıq derbi demək olmaz. Səbəblərdən biri “Neftçi”nin çempionatda tutduğu mövqedi. Bu mövsüm üçün onlardan böyük gözləntilər yoxdu. Tək gözlənti kubokdu. Bunu həm oyunda gördük, həm də Samir Abasovun mətbuat konfransında dediklərindən başa düşdük. Oyundan öncə məlum idi ki, bu oyun onlar üçün ölüm-dirim mübarizəsi olmayacaq. Məsələyə iki tərəfdən baxmaq lazımdı. “Neftçi”, ümumiyyətlə, qol vəziyyəti yarada bilməsəydi, məşqçini günahlandırmaq olardı. İki-üç çox yaxşı qol həmlələri oldu. Əks-hücumda “Qarabağ”ı yaxalaya bildilər. Oyunçu keyfiyyəti, oyuna köklənmək imkan vermədi ki, qol vura bilsinlər. Ramil Şeydayevin epizodunda onun indiki durumu qola mane oldu. Bundan əvvəlki oyunda “Neftçi” çox yaxşı təsir bağışlamışdı. Fərdi səhv gətirib qola çıxardı. Deyə bilmərəm ki, “Neftçi”nin futbolçuları səviyyəsizdi. “Zirə”ilə müqayisə edəndə fərdi olaraq yaxşı keyfiyyətə malik futbolçular var. Bunlar baş məşqçinin oyun üslubuna uyğun gəlirmi? Əsas sual budu. Samir Abasov futbolçularına topu hara gəldi vurmağı tapşırmır. Mən onu tanıyıram, “Sumqayıt”da da dəfələrlə görmüşük. Müdafiəçilərin ötürmələrlə mərkəzə gəlməsini, komandanın irəli çıxmasını istəyir. Bunun üçün mərkəz müdafiəçiləri maksimum az səhv etməlidilər. “Neftçi”də belə stopper görmürəm. Düzdü, ötürmə verirlər. Amma bu həmişə yaxşı olmur. Komandanın buraxdığı qolların faizi geridən verilən paslarda yol verilən fərdi səhvlərin nəticəsidi. Müdafiə olunanda da aqressivlik göstərsələr də, surət baxımdan rəqiblərinə əməlli-başlı uduzurlar. Nəriman, Andrade iki metr arxada ola-ola, Höccəti rahatlıqla keçib qol vura bilir. Digər komandalarla oyunlarda da bu hallarım şahidi olmuşuq. Fikrimcə, Höccət kimi futbolçular “Neftçi” kimi klubda olmamalıdı. “Qarabağ”da oyunu həll edə biləcək cinah hücumçuları var - Andrade, Zubir. Qol vurmayanda belə komandaya çox xeyir verə bilirlər. “Sabah”ın vəziyyəti yaxşı olmasa da, cinah hücumçuları həddən artıq çox iş görür. “Zirə”nin qələbələrinin 60 faizi cinah hücumçularının hesabınadı. “Neftçi”də isə nə mərkəzdə, nə də cinahlarda effektivlik görürük. Buna görə də komandanın hazırda tutduğu yer elə də təəccüb doğurmur. Bəlkə də bu legionerlər başqa komandada, məsələn, “Sumqayıt”da olsaydı, ayrı səviyyə göstərə bilərdi. İnanmıram ki, Samir əvvəldən komandanı yığsaydı, bu futbolçuları götürərdi. “Neftçi”nin futbolçularından çoxunun müqaviləsinin müddəti mövsümün sonunda bitir. Bu da təsir edən faktdı ki, futbolçular canla-başla oynamır”.


MÜZƏFFƏR QULUZADƏ
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 25 Aprel 2025 13:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see236

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see215

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see207

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see199

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see195

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see180

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see173

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see164

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see161

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see152

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see150

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see149

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see144

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see143

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see140

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see136

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see132

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see132

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri