“Bu oyunda bütün mövqelərdə boşluq göründü” Aslan Kərimov “Qarabağ”ın problemlərini sadala…
Icma.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır. “Qarabağ” iyulun 7-də Avstriyada ilk yoxlama oyununa çıxdı.
Ağdamlılar yenicə Ukrayna premyer-liqasına yüksələn “Metallist”ə 4:5 hesabıyla uduzdu.
“Football-plus.az” Aslan Kərimovun bu oyunla bağlı fikrini öyrənib: “Yoxlama oyunu göstərici olmalı deyil.
Oyunun formatı da qeyri-adi idi – hər biri 30 dəqiqədən ibarət dörd hissə.
Hər iki komanda ilk 60 dəqiqəni bir, ikinci 60 dəqiqəni başqa heyət ilə oynadı. Bu oyunda “Qarabağ”ın çoxlu boşluğu göründü.
Hər mövqedə boşluq oldu – istər qapı, istər müdafiə, istər yarımmüdafiə, istərsə də hücum. Futbolçular yetərincə yaxşı çıxış edə bilmədilər.
Bu da normaldı. “Qarabağ”ın hazırlıq dövrü ilə “Metallist”in hazırlıq dövrü bir keçməyib.
Ukrayna təmsilçisi Avstriyada artıq üçüncü yoxlama oyununu keçirirdi.
Tam oxu
Xəbəri oxu