Icma.az
close
up
RU
“Bu oyunda bütün mövqelərdə boşluq göründü” Aslan Kərimov “Qarabağ”ın problemlərini sadaladı

“Bu oyunda bütün mövqelərdə boşluq göründü” Aslan Kərimov “Qarabağ”ın problemlərini sadaladı

Icma.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Qarabağ” iyulun 7-də Avstriyada ilk yoxlama oyununa çıxdı.

Ağdamlılar yenicə Ukrayna premyer-liqasına yüksələn “Metallist”ə 4:5 hesabıyla uduzdu. “Football-plus.az” Aslan Kərimovun bu oyunla bağlı fikrini öyrənib:

“Yoxlama oyunu göstərici olmalı deyil. Oyunun formatı da qeyri-adi idi – hər biri 30 dəqiqədən ibarət dörd hissə. Hər iki komanda ilk 60 dəqiqəni bir, ikinci 60 dəqiqəni başqa heyət ilə oynadı. Bu oyunda “Qarabağ”ın çoxlu boşluğu göründü. Hər mövqedə boşluq oldu – istər qapı, istər müdafiə, istər yarımmüdafiə, istərsə də hücum. Futbolçular yetərincə yaxşı çıxış edə bilmədilər. Bu da normaldı. “Qarabağ”ın hazırlıq dövrü ilə “Metallist”in hazırlıq dövrü bir keçməyib. Ukrayna təmsilçisi Avstriyada artıq üçüncü yoxlama oyununu keçirirdi. “Metallist” də Ukrayna premyer-liqasına qayıdıb, “Qarabağ”la oyunda həm taktiki, həm də texniki baxımdan çox keyfiyyətli göründü. Nə etmək istədikləri bəlli idi. “Metallist”in ilk üç qolu “Qarabağ”ın bəlasına çevrilən standart vəziyyətlərdən, cinah ötürmələrindən gəldi. Bu qollara baxsaq, “Qarabağ”ın müdafiəsinin mərkəzində bir oyunçuya ehtiyacı var. Mateus Silva yaxşı oyunçudu, sürətlidi, amma mərkəz müdafiəçisi kimi taktiki baxımdan çox boşluğa yol verir. Mərkəz hücumçusuna da ehtiyac var. Nəriman çox yaxşı oynadı, əlinə keçən iki imkanı da qola çevirməyi bacardı. Amma “Qarabağ” uzunmüddətli hədəf düşünürsə, Çempionlar Liqasını düşünürsə, bir mərkəz hücumçusuna ehtiyac var. Bu oyunda bütün mövqelərdə boşluq göründü, amma əsasən mərkəz müdafiəçisi və hücumçusu lazımdı”.

MÜZƏFFƏR QULUZADƏ
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:103
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 11 İyul 2025 18:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see297

Daha bir YANĞIN: ölən və xəsarət alanlar var

05 Dekabr 2025 10:59see207

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see194

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see193

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see187

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see181

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see181

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see177

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see160

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see157

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see151

Lökbatanda güclü yanğın olub, ölən və yaralananlar var

05 Dekabr 2025 06:01see141

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see138

Donald Tramp əfsanəvi restlerin vida qarşılaşmasına canlı baxmaq istəyir

05 Dekabr 2025 05:07see131

Bakının mərkəzində bu küçəni su basdı VİDEO

05 Dekabr 2025 09:46see131

Bundesliqa: “Borussiya Mönhenqladbax” minimal hesabla “Mayns”ı məğlub edib

06 Dekabr 2025 02:46see128

Qaxda çoban GÜLLƏLƏNDİ

06 Dekabr 2025 11:26see126

Maks Ferstappen: “Kifayət qədər sürətli deyilik”

06 Dekabr 2025 00:47see126

Lökbatanda güclü yanğın, 4 nəfər öldü

05 Dekabr 2025 08:00see123

Avropa Komissiyası “X”i CƏRİMƏLƏDİ

06 Dekabr 2025 00:56see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri