Fanat saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Futbol üzrə Azərbaycan millisi bir neçə saatdan sonra DÇ-2026-nın seçmə mərhələsində ilk matçına çıxacaq.
Fernandu Santuşun çalışdırdığı kollektiv İslandiya seçməsinin qonağı olacaq.
Azərbaycan seçməsinin sabiq hücumçusu, "İnter"in heyətində 2007/2008 mövsümündə 19 qolla Premyer Liqanın bombardiri olmuş Xaqani Məmmədovla əlaqə saxlayıb bu görüşdən nə gözlədiyini soruşduq.
Onun Fanat.Az-a açıqlaması belə oldu: "İslandiya millisi son illərdə ciddi inkişafla yadda qalıb.
Artıq Avropada özünü sübut etmiş komanda sayılır. Səfər oyunu millimiz üçün çətin olacaq.
Rəqibin Avropanın böyük liqalarında, tanınmış klublarında oynayan futbolçular çoxdur.
Bu oyunda artıq Santuşun oyun dəsti-xətti, hansı futbolu oynatmaq istədiyi görünməlidir.