Bu oyunda Santuşun oyun dəsti xətti görünməlidir Millinin sabiq hücumçusu
Fanat saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Futbol üzrə Azərbaycan millisi bir neçə saatdan sonra DÇ-2026-nın seçmə mərhələsində ilk matçına çıxacaq. Fernandu Santuşun çalışdırdığı kollektiv İslandiya seçməsinin qonağı olacaq. Azərbaycan seçməsinin sabiq hücumçusu, "İnter"in heyətində 2007/2008 mövsümündə 19 qolla Premyer Liqanın bombardiri olmuş Xaqani Məmmədovla əlaqə saxlayıb bu görüşdən nə gözlədiyini soruşduq.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"İslandiya millisi son illərdə ciddi inkişafla yadda qalıb. Artıq Avropada özünü sübut etmiş komanda sayılır. Səfər oyunu millimiz üçün çətin olacaq. Rəqibin Avropanın böyük liqalarında, tanınmış klublarında oynayan futbolçular çoxdur.
Bu oyunda artıq Santuşun oyun dəsti-xətti, hansı futbolu oynatmaq istədiyi görünməlidir. Düşünürəm ki, portuqaliyalı mütəxəssisin öz futbol fəlsəfəsini futbolçulara aşılamaq üçün kifayət qədər vaxtı olub. Məntiqlə, oyunçular da artıq Santuşun onlardan nə istədiyini bilirlər. Baş məşqçi də dediyim kimi, tsiklin ilk matçında öz oyun üslubunu futbol ictimaiyyətinə göstərməlidir. Millimizin uğur qazanacağına ümid edirəm. Komandamıza uğurlar arzulayıram".
Nihat
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 05 Sentyabr 2025 21:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















