Xalqcebhesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“USAID-in fəaliyyətinin dayandırılması ilə bağlı qəbul edilən qərar Tramp administrasiyasının aldığı mühüm qərarlardan biridir.
Çünki 50 milyarddan çox büdcəsi olan bu təşkilatın bu büdcəni nəyə xərclədiyi ilə bağlı ciddi şübhələr yaranıb.
Bəlli olur ki, USAID öz büdcəsinin bir hissəsini Suriyada terrorçuların maddi təminatı, bir hissəsini Əfqanıstanda radikal qruplaşmaların təşkilinə xərcləyib.
Beləliklə, bir çox bənzər hallara yol verməklə ABŞ-nin demokratik imicinə ciddi zərbə vurub.
Ona görə də USAID-in fəaliyyətinin araşdırılmasına ehtiyac var.
Birinci mərhələdə praqmatik məntiqdən çıxış edən Tramp administrasiyası bu təşkilatın fəaliyyətini dayandırdı”.
Bunu Xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu söyləyib.