Icma.az
close
up
RU
“Bu, perspektivi olmayan təşkilatdır”

“Bu, perspektivi olmayan təşkilatdır”

Xalqcebhesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“USAID-in fəaliyyətinin dayandırılması ilə bağlı qəbul edilən qərar Tramp administrasiyasının aldığı mühüm qərarlardan biridir. Çünki 50 milyarddan çox büdcəsi olan bu təşkilatın bu büdcəni nəyə xərclədiyi ilə bağlı ciddi şübhələr yaranıb. Bəlli olur ki, USAID öz büdcəsinin bir hissəsini Suriyada terrorçuların maddi təminatı, bir hissəsini Əfqanıstanda radikal qruplaşmaların təşkilinə xərcləyib. Beləliklə, bir çox bənzər hallara yol verməklə ABŞ-nin demokratik imicinə ciddi zərbə vurub. Ona görə də USAID-in fəaliyyətinin araşdırılmasına ehtiyac var. Birinci mərhələdə praqmatik məntiqdən çıxış edən Tramp administrasiyası bu təşkilatın fəaliyyətini dayandırdı”.

Bunu Xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu söyləyib.

Deputat gələcəkdə bu təşkilatın, ümumiyyətlə, ləğv oluna biləcəyini deyib: “Nəticə etibarı ilə bir ölkənin yaratdığı təşkilat o ölkənin xarici siyasət məqsədlərinə xidmət etmirsə, o ölkənin beynəlxalq imicinə, nüfuzuna xələl gətirirsə, demək onun haqqında daha ciddi tədbirlər görülməlidir. Xatırlayırsınızsa, Azərbaycan Prezidenti Rusiya mediasına verdiyi müsahibədə bu məsələyə toxunmuşdu. Çünki USAID Azərbaycanda da və postsovet məkanında da fəaliyyət göstərir. Bu məkanda isə USAID-in fəaliyyəti daha çox milli iradə üzərində hegemoniya qurmağa söykənib. Bu təşkilat postsovet ölkələrinin vətəndaşlarının cəsusluğa cəlb edilməsi fəaliyyəti ilə məşğul olub. İctimai rəyi manipulyasiya etmək üçün media subyektlərinə bənzər subyetklər yaratmaqla məşğul olub və bütün bunlar ölkələrdə narazılıq doğurub. USAID-in fəaliyyəti Rusiyada qadağan olunub. Gürcüstan onun fəaliyyətindən çox narazıdır. Bəlli oldu ki, Gürcüstandakı radikal qruplaşmaları da maliyyələşdirən onlardır”.

H.Babaoğlu vurğulayıb ki, Azərbaycanda da USAID-in etdiyi əməllər göz qabağındadır: “Ona görə də mən düşünürəm ki, bu, perspektivi olmayan təşkilatdır. Azərbaycan Prezidentinin hələ bir neçə ay bundan əvvəl təxmin etdiyi Tramp administrasiyasının USAID-i bağlamasının mümkün olması ilə bağlı səsləndirdiyi fikirlər bu gün öz əksini tapıb. Düşünürəm ki, bundan sonra USAID-in ABŞ ilə düşmən etməyə cəhd etdiyi dövlətlər ABŞ-yə dost münasibət göstərəcək. Çünki dövlətlərarası münasibətlərə xələl gətirən bu təşkilatın fəaliyyəti artıq dayandırılıb”.

Röya İsrafilova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:204
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 04 Fevral 2025 18:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see549

Face Studionun yaradıcısı: Amerikaya köçməyim deyə valideynlərim salon açıb məni direktor qoydular

08 Oktyabr 2026 02:25see198

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see180

Türkiyə və Pakistan ordu yeridir İran “nəzərə alacaq”?

08 Oktyabr 2026 07:01see179

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see170

Bu işlə məşğul olan kişilərdə qırtlaq xərçəngi qaçılmazdır

07 Oktyabr 2026 22:25see169

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see165

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see165

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see164

Qətər sahillərində neft tankerinə hücum Ölən və yaralananlar var

08 Oktyabr 2026 03:55see164

Trampdan FTB yə biabırçı ittiham Həyat yoldaşımı və oğlumu...

08 Oktyabr 2026 00:00see162

Kadırova Rusiya Federasiyasının Fəxri Memarı adı verildi

08 Oktyabr 2026 03:25see162

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see161

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see160

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see159

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see159

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see159

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see159

“Real” Holand transferində “Barselona”nı qabaqlayır

07 Oktyabr 2026 23:56see159

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri