Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Bu gün iqlim dəyişmələri və onun yaratdığı fəsadlar dünyanın ən ağrılı problemidir desək, yanılmarıq.
Bu fəsadların böyük qismi də antropogen təsirlərlə əlaqədardır”.
“Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev TÜRKPA üzv parlamentlərinin səhiyyə komitələri sədrlərinin bu gün keçirilən iclasında bildirib.
A.Vəliyev qeyd edib ki, iqlim dəyişmələri, sürətli əhali artımı, təbiətə atılan sənaye tullantıları, plastik məmulatlar, qeyri-sağlam urbanizasiya və s.
kimi amillər havanın, suyun və torpağın çirklənməsinə səbəb olur ki, bu da öz növbəsində dünyanın təbii tarazlığının pozulmasına və sağlamlığa ciddi təsir edir.
Onun sözlərinə görə, son dövrdə iqlim dəyişmələri və onların fəsadları çərçivəsində sağlamlığın qorunmasını gücləndirmək məqsədilə Azərbaycan Parlamenti bəzi qanunlara dəyişiklik edib.
“Milli Məclisin yeni - VII çağırışının ilk payız sessiyasında "Ekosid"lə bağlı CM-nə mütərəqqi dəyişiklik edildi və "Ekosid" törədən şəxslərin cinayət məsuliyyətinə cəlb olunması təsbit edildi.