Icma.az
close
up
RU
“Bu problemlə bağlı fundamental hüquqi bazamız mövcuddur”

“Bu problemlə bağlı fundamental hüquqi bazamız mövcuddur”

Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Bu gün iqlim dəyişmələri və onun yaratdığı fəsadlar dünyanın ən ağrılı problemidir desək, yanılmarıq. Bu fəsadların böyük qismi də antropogen təsirlərlə əlaqədardır”.

“Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev TÜRKPA üzv parlamentlərinin səhiyyə komitələri sədrlərinin bu gün keçirilən iclasında bildirib.

A.Vəliyev qeyd edib ki, iqlim dəyişmələri, sürətli əhali artımı, təbiətə atılan sənaye tullantıları, plastik məmulatlar, qeyri-sağlam urbanizasiya və s. kimi amillər havanın, suyun və torpağın çirklənməsinə səbəb olur ki, bu da öz növbəsində  dünyanın təbii tarazlığının pozulmasına və sağlamlığa ciddi təsir edir.

Onun sözlərinə görə, son dövrdə iqlim dəyişmələri və onların fəsadları çərçivəsində sağlamlığın qorunmasını  gücləndirmək məqsədilə Azərbaycan Parlamenti bəzi  qanunlara dəyişiklik edib.

“Milli Məclisin yeni - VII çağırışının ilk payız sessiyasında "Ekosid"lə bağlı CM-nə mütərəqqi dəyişiklik edildi və "Ekosid" törədən şəxslərin cinayət məsuliyyətinə cəlb olunması təsbit edildi. Habelə, "Ətraf mühitin mühafizəsi haqqında” və "Yaşıllıqların mühafizəsi haqqında" qanunlarda müvafiq dəyişiklik edildi, yaxın vaxtlarda sözügedən məsələ ilə digər qanunlarda da dəyişiklik edilməsi ilə bağlı təkliflərə baxılması nəzərdə tutulur. 

Proqnozlara əsasən, 2050-ci ilədək dünya əhalisinin təxminən 70%-i şəhərlərdə yaşayacaq. Bu da urbanizasiyanın ətraf mühitə mənfi təsirlərini azaltmaq məsələsini aktuallaşdırır.

Odur ki, şəhərdə əhalinin sağlamlığının qorunması, məşğulluğun təminatı, yaşıl məkanların sahəsinin artırılması, tullantıların idarə olunması kimi prioritet hədəflər müəyyən etməyin vaxtıdır. Bu hədəflərin reallaşması üçün ekoloji təhsil və tərbiyəyə, habelə bu sahə üzrə kadrların hazırlanmasına ehtiyac var.

Məhz TÜRKPA çərçivəsində tərəfimizdən bu məqsədlə hazırlanmış və yaxın günlərdə müvafiq komissiyanın iclasında müzakirə olunacaq “Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında” model qanun layihəsi də üzv dövlətlərin əhalisinin, xüsusən də böyüyən nəslin ekoloji təhsil və maarifləndirmə üzrə fəaliyyətinə öz töhfəsini verəcək”.

Nuranə Daxilqızı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:189
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 22 Yanvar 2025 14:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see335

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see327

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see316

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see303

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see269

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see258

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see238

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see236

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see230

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see217

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see201

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see189

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see180

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see173

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see169

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see161

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see161

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see161

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see161

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

20 Oktyabr 2026 00:21see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri