Icma.az bildirir, Demokrat.az portalına istinadən.
“Prezident İlham Əliyevin Ermənistanın ölkə ərazisindən keçən tranzit imkanlarına qoyduğu məhdudiyyətlərin aradan qaldırılması barədə verdiyi qərar, təkcə texniki və iqtisadi addım deyil. Bu, siyasi razılaşma kimi dəyərləndirilməlidir”.
Bu fikirləri siyasi şərhçi Əziz Əlibəyli Demokrat.az-a açıqlamasında deyib.
O bildirib ki, Qəbələdə Baş nazirin müavini Şahin Mustafayevlə Ermənistanın Baş nazir müavini Mher Qriqoryan arasında baş tutan görüş bu razılaşmanın əsasını təşkil edib:
“Bu addım siyasi dialoqdan öncə iqtisadi əməkdaşlığa üstünlük verilməsinin göstəricisidir. Bu isə tərəflər arasında gündəliyi yumşaldır, münasibətlərin normallaşmasına zəmin yaradır və sülh proseslərinə sadiqliyin göstəricisi kimi qiymətləndirilə bilər. Ermənistan üçün də bu jest həm iqtisadi, həm də siyasi baxımdan əhəmiyyətlidir. Ermənistan bunun dəyərini anlamalıdır, çünki alternativi olaraq ölkənin iqtisadiyyatının daha da təcrid olunması riski var idi. Bu baxımdan, Azərbaycanın təklif etdiyi regional inteqrasiya platforması Ermənistan üçün böyük bir imkan pəncərəsi açır. Bu cür addımlar qarşılıqlı etimadı gücləndirir, nəqliyyat, ticarət və digər sahələrdə əməkdaşlığa zəmin yaradır. Əgər bu proses davamlı və qarşılıqlı olacaqsa, uzunmüddətli sülhə çevrilə bilər. Lakin bunun üçün dayanıqlılıq, siyasi iradə və ictimai dəstək lazımdır”.
Leyla Turan
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin. Bu fikirləri siyasi şərhçi Əziz Əlibəyli Demokrat.az-a açıqlamasında deyib.