Bu proses davamlı və qarşılıqlı olacaqsa, uzunmüddətli sülhə çevrilə bilər
Icma.az bildirir, Demokrat.az portalına istinadən.
“Prezident İlham Əliyevin Ermənistanın ölkə ərazisindən keçən tranzit imkanlarına qoyduğu məhdudiyyətlərin aradan qaldırılması barədə verdiyi qərar, təkcə texniki və iqtisadi addım deyil. Bu, siyasi razılaşma kimi dəyərləndirilməlidir”.
Bu fikirləri siyasi şərhçi Əziz Əlibəyli Demokrat.az-a açıqlamasında deyib.
O bildirib ki, Qəbələdə Baş nazirin müavini Şahin Mustafayevlə Ermənistanın Baş nazir müavini Mher Qriqoryan arasında baş tutan görüş bu razılaşmanın əsasını təşkil edib:
“Bu addım siyasi dialoqdan öncə iqtisadi əməkdaşlığa üstünlük verilməsinin göstəricisidir. Bu isə tərəflər arasında gündəliyi yumşaldır, münasibətlərin normallaşmasına zəmin yaradır və sülh proseslərinə sadiqliyin göstəricisi kimi qiymətləndirilə bilər. Ermənistan üçün də bu jest həm iqtisadi, həm də siyasi baxımdan əhəmiyyətlidir. Ermənistan bunun dəyərini anlamalıdır, çünki alternativi olaraq ölkənin iqtisadiyyatının daha da təcrid olunması riski var idi. Bu baxımdan, Azərbaycanın təklif etdiyi regional inteqrasiya platforması Ermənistan üçün böyük bir imkan pəncərəsi açır. Bu cür addımlar qarşılıqlı etimadı gücləndirir, nəqliyyat, ticarət və digər sahələrdə əməkdaşlığa zəmin yaradır. Əgər bu proses davamlı və qarşılıqlı olacaqsa, uzunmüddətli sülhə çevrilə bilər. Lakin bunun üçün dayanıqlılıq, siyasi iradə və ictimai dəstək lazımdır”.
Leyla Turan
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:“Bu, qarşısıalınmaz vəziyyətə çevrilə bilər”
07 İyul 2026 13:34
Rusiya NATO toqquşması qarşılıqlı nüvə zərbələrinə çevrilə bilər
19 İyun 2026 10:46
KİV: ABŞ nin İrana hücumu uzunmüddətli münaqişəyə çevrilə bilər
22 Fevral 2026 00:23
“Bu münaqişə fəlakətə çevrilə bilər” Quterreş
20 İyun 2025 21:00
Betonlaşma uzunmüddətli ekoloji fəlakətə çevrilə bilərmi ? EKOLOQ DANIŞDI
09 Fevral 2026 13:20
Baxış sayı:136
Bu xəbər 19 Dekabr 2025 18:11 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları