Xalqcebhesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Son dövrlərdə Ukrayna Silahlı Qüvvələrinin Rusiya Federasiyası ərazisində yerləşən hava limanlarını hədəfə almaq cəhdləri təkcə taktiki deyil, eyni zamanda siyasi və psixoloji xarakter daşıyan addımlar kimi qiymətləndirilməlidir.
Bu hücumlar, şübhəsiz ki, Rusiyanın müharibə strategiyasına birbaşa təzyiq göstərmək məqsədi daşıyır”.
Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında politoloq Aytən Qurbanova deyib.
A.Qurbanova əlavə edib ki, ilk növbədə qeyd edilməlidir ki, Ukraynanın bu yanaşması əsasən Rusiya daxilində ictimai və siyasi təzyiqlərin artırılmasına yönəlib: “Rusiya Federasiyasının müxtəlif bölgələrində, xüsusilə də hərbi əhəmiyyətli hava limanlarında baş verən partlayışlar və insidentlər ölkə daxilində təhlükəsizliklə bağlı narahatlıqların dərinləşməsinə səbəb ola bilər.
Bu isə ictimai narazılığın artması və ictimai rəydə hakimiyyətə inamın zəifləməsi üçün münbit zəmin yarada bilər.
Digər tərəfdən isə Ukrayna tərəfi göstərməyə çalışır ki, artan texniki imkanları sayəsində Rusiya ərazisinin dərinliklərində daha genişmiqyaslı və təsirli hərbi əməliyyatlar həyata keçirməyə qadirdir.
Bu da öz növbəsində Qərb dövlətlərindən əlavə hərbi texnika və hava hücumundan müdafiə vasitələrinin təmin edilməsinə dair çağırışların əsaslandırılmasına xidmət edir”.