Icma.az
close
up
RU
“Bu, qarşıdurmanın çoxşaxəli fazaya keçə biləcəyi ehtimalını gücləndirir”

“Bu, qarşıdurmanın çoxşaxəli fazaya keçə biləcəyi ehtimalını gücləndirir”

Xalqcebhesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Son dövrlərdə Ukrayna Silahlı Qüvvələrinin Rusiya Federasiyası ərazisində yerləşən hava limanlarını hədəfə almaq cəhdləri təkcə taktiki deyil, eyni zamanda siyasi və psixoloji xarakter daşıyan addımlar kimi qiymətləndirilməlidir. Bu hücumlar, şübhəsiz ki, Rusiyanın müharibə strategiyasına birbaşa təzyiq göstərmək məqsədi daşıyır”.

Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında politoloq Aytən Qurbanova deyib.

A.Qurbanova əlavə edib ki, ilk növbədə qeyd edilməlidir ki, Ukraynanın bu yanaşması əsasən Rusiya daxilində ictimai və siyasi təzyiqlərin artırılmasına yönəlib: “Rusiya Federasiyasının müxtəlif bölgələrində, xüsusilə də hərbi əhəmiyyətli hava limanlarında baş verən partlayışlar və insidentlər ölkə daxilində təhlükəsizliklə bağlı narahatlıqların dərinləşməsinə səbəb ola bilər. Bu isə ictimai narazılığın artması və ictimai rəydə hakimiyyətə inamın zəifləməsi üçün münbit zəmin yarada bilər. Digər tərəfdən isə Ukrayna tərəfi göstərməyə çalışır ki, artan texniki imkanları sayəsində Rusiya ərazisinin dərinliklərində daha genişmiqyaslı və təsirli hərbi əməliyyatlar həyata keçirməyə qadirdir. Bu da öz növbəsində Qərb dövlətlərindən əlavə hərbi texnika və hava hücumundan müdafiə vasitələrinin təmin edilməsinə dair çağırışların əsaslandırılmasına xidmət edir”.

Politoloqun sözlərinə görə, Rusiya tərəfi isə bu hücumları ciddi təhlükə kimi dəyərləndirərək hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsi, kritik infrastrukturun qorunması və zərərçəkmiş ərazilərin bərpası istiqamətində operativ tədbirlərin görülməsi ilə cavab verir: “Bununla yanaşı, rəsmi Kremlin cavab reaksiyasının daha sərt formada təzahür etməsi ehtimalı da istisna edilmir. Xüsusilə də, Ukraynanın enerji və nəqliyyat infrastrukturlarına qarşı hücumların intensivləşdirilməsi ehtimalı gündəmdə qalmaqdadır. Nəticə etibarilə, Ukrayna ilə Rusiya arasında davam edən müharibə artıq yalnız hərbi cəbhə ilə məhdudlaşmır, eləcə də strateji və psixoloji müstəviyə keçərək dərin arxa cəbhədə də davam edir. Bu vəziyyət müharibənin xarakterində qeyri-simmetrik və hibrid yanaşmaların rolunun artdığını göstərir və yaxın perspektivdə qarşıdurmanın daha mürəkkəb və çoxşaxəli fazaya keçə biləcəyi ehtimalını gücləndirir”.

Röya İsrafilova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 22 İyul 2025 08:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see358

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see349

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see296

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see265

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see262

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see246

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see239

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see224

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see217

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see216

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see210

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see205

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see204

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see201

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see195

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see190

Flik “Barselona”da gücləndirmək istədiyi iki mövqeni müəyyənləşdirib

10 Noyabr 2026 04:12see183

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

10 Noyabr 2026 05:17see180

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see176

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri