Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Bu gün dünya nizamı heç vaxt olmadığı qədər təhlükəli meyillər üzərində qurulur və yeni nizamın formalaşması üçün beynəlxaq platformalarda diskusiyaların, fikir mübadilələrinin aparılmasına çox ehtiyac var.
2021-ci ildə qurulan Antalya Diplomatik Forumu xüsusilə regional müstəvidə dialoqun yaradılması, problemlərin müzakirəsi və həlli üçün mühüm platformaya çevrilib.
Ölkəmiz də bu forumun fəal iştirakçılarındandır. Azərbaycan nümayəndə heyətinin builki foruma Prezident İlham Əliyevin rəhbərliyi ilə qatılm
Bunu Ölkə.Az-a açıqlamasında Milli Məclisin deputatı Fəzail İbrahimli deyib.
Deputat bildirib ki, mövcud geosiyasi proseslər, xüsusilə ABŞ-də Donald Trampın hakimiyyətə gəlişindən sonra baş verənlər regiondakı hadisələrə təsir edir: “Bu forum regionun gələcəyinin müzakirəsini daha da aktualaşdırır.
Həmçinin Azərbaycan bölgənin aparıcı ölkələrindən biri kimi perspektivlərin müzakirəsinə, o cümlədən bölgənin gələcəyi ilə bağlı atılacaq addımlara mühüm töhfə verə bilər.
Nəhayət, forum rəsmi Bakı üçün həm də iştirakçı ölkələrlə təmasların qurulması baxımından əhəmiyyətlidir.