Icma.az
close
up
RU
Menu

İran rejimi legitimliyini itirir ŞƏRH

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Saça yapışan saqqızdan qurtulmağın yolları

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

Bu, qərbi azərbaycanlıların öz doğma yurdlarına qayıtması baxımından önəmli sınaqdır

Bu, qərbi azərbaycanlıların öz doğma yurdlarına qayıtması baxımından önəmli sınaqdır

Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Bu gün dünya nizamı heç vaxt olmadığı qədər təhlükəli meyillər üzərində qurulur və yeni nizamın formalaşması üçün beynəlxaq platformalarda diskusiyaların, fikir mübadilələrinin aparılmasına çox ehtiyac var. 2021-ci ildə qurulan Antalya Diplomatik Forumu xüsusilə regional müstəvidə dialoqun yaradılması, problemlərin müzakirəsi və həlli üçün mühüm platformaya çevrilib. Ölkəmiz də bu forumun fəal iştirakçılarındandır. Azərbaycan nümayəndə heyətinin builki foruma Prezident İlham Əliyevin rəhbərliyi ilə qatılması təsadüfi deyil”.

Bunu Ölkə.Az-a açıqlamasında Milli Məclisin deputatı Fəzail İbrahimli deyib.

Deputat bildirib ki, mövcud geosiyasi proseslər, xüsusilə ABŞ-də Donald Trampın hakimiyyətə gəlişindən sonra baş verənlər regiondakı hadisələrə təsir edir: “Bu forum regionun gələcəyinin müzakirəsini daha da aktualaşdırır. Həmçinin Azərbaycan bölgənin aparıcı ölkələrindən biri kimi perspektivlərin müzakirəsinə, o cümlədən bölgənin gələcəyi ilə bağlı atılacaq addımlara mühüm töhfə verə bilər. Nəhayət, forum rəsmi Bakı üçün həm də iştirakçı ölkələrlə təmasların qurulması baxımından əhəmiyyətlidir. Bu gün Azərbaycan təkcə Cənubi Qafqazda baş verən proseslərdə deyil, eyni zamanda Yaxın Şərqdəki gərginliklərin azaldılmasında da fəal iştirak edir. Bu gün Suriyada, Qəzzada və eləcə də İsraillə Türkiyə arasındakı münasibətlərin normallaşmasında Azərbaycan aparıcı rola malikdir. Bu da Azərbaycanın regional yox, həm də qlobal proseslərdə iştirakını şərtləndirən amillərdir. Qürurla qeyd edə bilərik ki, Azərbaycan artıq regional məsələlərlə yanaşı qlobal proseslərə təsir imkanlarına sahibdir. Forum çərçivəsində Azərbaycan Prezidenti Suriya, Sudan, Türkiyə, Gürcüstan və digər dövlətlərin liderləri ilə ikitərəfli görüşlər keçirib. Bu görüşlərdə həm Cənubi Qafqazda, həm Yaxın Şərqdəki məsələlər müzakirə edilib. Forum çərçivəsində Azərbaycan liderinin diplomatik təmasları, ölkəmizin panel iclaslardakı mövqeyi Suriya ilə bağlı, İran və İsrail ilə əlaqədar olan mövzularda müzakirələr, nəticə və yaranmış durumun həll yolları üzərində hansı işlərin görülməsini şərtləndirəcək. Azərbaycanın keçmiş Qarabağ probleminin həllindəki böyük təcrübəsi regionda hazırki gərgin durumdan çıxış yollarının tapılmasında da öz töhfəsini verəcək”.

Deputat əlavə edib ki, Antalya Forumunun məzmunu, sadəcə bir regional problemə diqqət çəkməklə məhdudlaşmadı: “Bu konfrans, eyni zamanda Qərbi Azərbaycan mövzusunun beynəlxalq hüquq, insan haqları və tarixi ədalət prizmasından dəyərləndirilməsi baxımından da xüsusi əhəmiyyət kəsb etmiş oldu. Qərbi azərbaycanlıların öz doğma yurdlarına qayıdış hüququnun təmin olunması məsələsi yalnız Azərbaycan üçün deyil, bütövlükdə beynəlxalq hüququn nüfuzunun qorunması baxımından da önəmli sınaqdır. Antalya Diplomatiya Forumunda Qərbi Azərbaycan məsələsinin gündəmə gətirilməsi bu istiqamətdə həyata keçirilən strategiyanın artıq regional və beynəlxalq platformalarda öz siyasi çəkisini və təsir imkanlarını göstərdiyini nümayiş etdirdi.

Bütün bu fəaliyyətlər fonunda Prezident İlham Əliyevin Antalya Diplomatik Forumunda iştirakı Azərbaycanın dünya siyasətində mühüm söz sahibi olan dövlətə çevrildiyini bir daha nümayiş etdirir. Azərbaycan bu gün yalnız enerji və nəqliyyat sahələrində deyil, həm də sülh, əməkdaşlıq və dayanıqlı inkişaf naminə beynəlxalq birlikdə fəal mövqe tutaraq, regionun və dünyanın gələcəyinə töhfə verir. Azərbaycan yalnız regionda deyil, həm də qlobal miqyasda etibarlı tərəfdaş və təşəbbüskar dövlət kimi qəbul edilir. Dövlətimizin başçısının beynəlxalq münasibətlər sahəsində zəngin təcrübəsi, strateji baxışları və praqmatik yanaşmaları onu beynəlxalq platformalarda böyük maraqla qarşılanan Liderə çevirib”.
Mürtəza
Ölkə.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://olke.az
archiveBu xəbər 14 Aprel 2025 16:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see284

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see277

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see226

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see217

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see215

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see213

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see200

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see199

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see195

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see188

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see188

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see177

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see168

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see162

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see157

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see154

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see154

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see152

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see152

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri