“Bu, qollarımdan daha böyük mükafat olacaq” Simiç

20.08.2026

Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.

“Sabah” Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda “Hapoel”ə (Beer-Şeva, İsrail) uduzub – 1:2.

Futbolpress.az xəbər verir ki, matçdan sonra “bayquşlar”ın futbolçusu Velko Simiç İTV-yə açıqlamasında fikirlərini bölüşüb.

“Ən yaxşı oyunumuzu keçirmədik. Hələ qarşıda cavab matçı var. Nəticə bəlli deyil. Bəzi şeyləri artırmalı, inkişaf etdirməliyik.

Bu mərhələdə qollar vurmaq möhtəşəmdir, amma vacib olan komandanın nəticəsidir. İstərdik ki, daha yaxşı oynayaq. Bakıda arzuladığımız nəticəni qazanıb, əsas mərhələyə adlasaq, bu, qollarımdan daha böyük mükafat olacaq.

Cavab oyununu səbirsizliklə gözləyirəm. Bütün azarkeşlərə səslənirəm ki, stadiona gəlsinlər. Yenidən möcüzəvi gecə yaşaya bilərik”.

“Sabah” ilə “Hapoel” arasındakı cavab oyunu avqustun 25-də Bakıda keçiriləcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью