“Bu, qollarımdan daha böyük mükafat olacaq” Simiç
Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.
“Sabah” Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda “Hapoel”ə (Beer-Şeva, İsrail) uduzub – 1:2.
Futbolpress.az xəbər verir ki, matçdan sonra “bayquşlar”ın futbolçusu Velko Simiç İTV-yə açıqlamasında fikirlərini bölüşüb.
“Ən yaxşı oyunumuzu keçirmədik. Hələ qarşıda cavab matçı var. Nəticə bəlli deyil. Bəzi şeyləri artırmalı, inkişaf etdirməliyik.
Bu mərhələdə qollar vurmaq möhtəşəmdir, amma vacib olan komandanın nəticəsidir. İstərdik ki, daha yaxşı oynayaq. Bakıda arzuladığımız nəticəni qazanıb, əsas mərhələyə adlasaq, bu, qollarımdan daha böyük mükafat olacaq.
Cavab oyununu səbirsizliklə gözləyirəm. Bütün azarkeşlərə səslənirəm ki, stadiona gəlsinlər. Yenidən möcüzəvi gecə yaşaya bilərik”.
“Sabah” ilə “Hapoel” arasındakı cavab oyunu avqustun 25-də Bakıda keçiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:45
Bu xəbər 20 Avqust 2026 10:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















