Bu seçkilər bələdiyyələri daha da fəallaşdıracaq | Icma.az
Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Seçicilərin öz konstitusiya hüquqlarını həyata keçirmələri üçün bütün şərait yaradılıb Bu gün Azərbaycanda bələdiyyə seçkilərində səsvermə günüdür.
Səsvermə saat 08:00-da başlayacaq və saat 19:00-da başa çatacaq.
Dövlət müstəqilliyinin bərpasından sonra yaradılan yerli idarəetmə orqanı olan bələdiyyələrə ilk seçkilər 1999-cu il dekabrın 12-də keçirilib.
Sonrakı seçkilər 2004-cü il dekabrın 17-də, 2009-cu il dekabrın 23-də, 2014-cü il dekabrın 23-də və 2019-cu il dekabrın 23-də keçirilib.
Budəfəki bələdiyyə seçkiləri sayca altıncı ümumrespublika seçkisidir.
Bələdiyyə seçkiləri majoritar qaydada keçirilir və seçicilər tərəfindən seçkilərdə yalnız bələdiyyə üzvləri seçilir.
Qüvvədə olan qanunvericiliyə əsasən bələdiyyə sədrləri seçkilər nəticəsində formalaşmış bələdiyyələrin ilk iclasında seçilmiş bələdiyyə üzvləri tərəfindən seçilir.
Tam oxu
Xəbəri oxu