Icma.az
close
up
RU
Bu seçkilər bələdiyyələri daha da fəallaşdıracaq

Bu seçkilər bələdiyyələri daha da fəallaşdıracaq

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Seçicilərin öz konstitusiya hüquqlarını həyata keçirmələri üçün bütün şərait yaradılıb 

Bu gün Azərbaycanda bələdiyyə seçkilərində səsvermə günüdür. Səsvermə saat 08:00-da başlayacaq və saat 19:00-da başa çatacaq.

Dövlət müstəqilliyinin bərpasından sonra yaradılan yerli idarəetmə orqanı olan bələdiyyələrə ilk seçkilər 1999-cu il dekabrın 12-də keçirilib. Sonrakı seçkilər 2004-cü il dekabrın 17-də, 2009-cu il dekabrın 23-də, 2014-cü il dekabrın 23-də və 2019-cu il dekabrın 23-də keçirilib. Budəfəki bələdiyyə seçkiləri sayca altıncı ümumrespublika seçkisidir. Bələdiyyə seçkiləri majoritar qaydada keçirilir və seçicilər tərəfindən seçkilərdə yalnız bələdiyyə üzvləri seçilir. Qüvvədə olan qanunvericiliyə əsasən bələdiyyə sədrləri seçkilər nəticəsində formalaşmış bələdiyyələrin ilk iclasında seçilmiş bələdiyyə üzvləri tərəfindən seçilir.

2024-cü il noyabrın 27-də Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən 2025-ci il yanvarın 29-da Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin keçirilməsi ilə bağlı qərar qəbul edilib. Həmin qərarın dərc edildiyi gündən başlayaraq Seçki Məcəlləsinin tələbinə uyğun olaraq ölkə üzrə həm öz təşəbbüsləri, həm də siyasi partiyalar tərəfindən namizədlərin irəli sürülməsi prosesi başlanıb. Bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına görə, namizədlərin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin dairə seçki komissiyalarına təqdim edilməsi müddəti 2024-cü il dekabrın 30-u saat 18:00-da başa çatıb.

Dünən “sükut günü” idi

Yanvarın 6-dan isə seçkiqabağı təşviqat başlayıb. Seçki Məcəlləsinin müvafiq maddələrinə əsasən, qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri tərəfindən seçkiqabağı təşviqatın aparılmasına səsvermə gününə 23 gün qalmış başlanır və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır. Beləliklə, yanvarın 28-i saat 08:00-da proses dayandırılıb. Həmin gün məntəqə seçki komissiyalarının ərazisinə yerləşdirilmiş namizədlərin təşviqat lövhələrindən təşviqat materialları çıxarılır. Səsvermə gününə bir gün qalmış və səsvermə günü təşviqat materiallarının lövhələrdə qalması qanun pozuntusudur. Burada məqsəd seçicilərə hansı namizədə səs verəcəyi ilə bağlı son qərarını qəbul edə bilməsi, düşünməsi üçün şərait yaratmaqdır. Yeri gəlmişkən, qeyd edək ki, ümumilikdə, məntəqə seçki komissiyalarının ərazisində ölkə üzrə 10 mindən artıq təşviqat lövhələri yerləşdirilmişdir. Səsvermənin başlanmasına 24 saat qalmışı əhatə edən müddəti qeyri-rəsmi olaraq “sükut günü” də adlandırırlar. Onu da qeyd edək ki, təşviqatla bağlı MSK-ya heç bir müraciət və şikayət daxil olmayıb.

685 bələdiyyəyə 8 min 71 üzv seçiləcək

Qeyd edək ki, 2024-cü il fevral ayının sonunda Prezident İlham Əliyev qanunvericilik təşəbbüsü qaydasında “Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” Qanun layihəsini Milli Məclisin müzakirəsinə təqdim edib. Layihə 1000 evdən az olan kəndlərin bələdiyyələrinin ləğv olunmasını və böyük bələdiyyələrin yaradılmasını, digər bir dəyişiklik isə bələdiyyələrin sayının, təxminən, iki dəfə azaldılmasını nəzərdə tuturdu. Milli Məclis martın 1-də sözügedən qanun layihəsini müzakirəyə çıxarıb. Layihə qəbul edilib və nəticədə ölkədə bələdiyyələrin sayı, təxminən, iki dəfə azaldılıb. Yəni, 118 seçki dairəsinin hüdudları çərçivəsində mövcud olan 1605 bələdiyyənin sayı azaldılaraq 685-ə düşüb. Hazırda 685 bələdiyyə üzrə 8071 bələdiyyə üzvü seçilməlidir.

Seçicilər 5846 seçki məntəqəsində səs verəcəklər. Bunlardan 5734 məntəqə daimi, 112 məntəqə isə müvəqqətidir. Onu da bildirək ki, 125 seçki dairəsindən yeddisi tamamilə məcburi köçkün dairələridir ki, hələlik onların hüdudları daxilində bələdiyyələr yaradılmayıb və keçmiş məcburi köçkünlər bu seçkilərdə iştirak etmirlər.

Məsul orqanların yüksək hazırlığı

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov seçkiyə son hazırlıqla bağlı dünən keçirdiyi mətbuat konfransında bildirib ki, seçkilərin hazırlanıb keçirilməsinə məsul orqan kimi MSK bələdiyyə seçkilərinin təyin edildiyi ilk gündən prosesi Seçki Məcəlləsinin və digər qanunvericilik aktlarının tələblərinə uyğun təşkil etməyə çalışıb. O, MSK-nın atdığı bütün addımların şəffaf şəkildə həyata keçirildiyini, media nümayəndələrinin də prosesləri müşahidə etdiyini diqqətə çatdırıb.

Seçicilərin öz konstitusion hüquqlarını reallaşdırmaları üçün bütün lazımi şəraitin yaradıldığını deyən MSK-nın sədri qeyd edib ki, 5846 məntəqədə seçicilərin səs verməsi üçün tələb olunan addımlar atılıb. Onun sözlərinə görə, seçkilərin keçirilməsinə məsul olan orqanlar işin öhdəsindən yüksək səviyyədə gəlib. Bildirib ki, MSK seçkilərin keçirilməsində məsuliyyəti olan dövlət qurumlarını maarifləndirmə tədbirlərinə cəlb edib: “Bu praktika özünü doğruldub. Beynəlxalq təşkilatlar da buna yüksək qiymət verib. Səsvermə prosesində pozuntuların olmaması üçün həmin qurumların çox böyük rolu var. Məsul olan tərəflər öz fəaliyyətini ancaq Məcəllənin tələbinə uyğun qurmalıdır. Demokratik, şəffaf seçkilərin keçirilməsində atılacaq addımların ideala yaxın səviyyəsindəyik”.

Səsverməni 70 mindən çox müşahidəçi izləyəcək

MSK sədrinin bildirdiyi kimi, seçkilərin demokratik, şəffaf keçirilməsinin əsas tələbi müşahidəçilərin iştirakı və media nümayəndələrinə verilən sərbəstliklə ölçülür: “Hər iki şərt Azərbaycanda təmin edilir. 18 yaşı tamam olan istənilən şəxs müraciət edəndə rədd cavabı almadan müşahidə apara bilər. Məhz bu seçkilərdə 70625 nəfər yerli müşahidəçi olacaq”. Onun sözlərinə görə, Azərbaycan yeganə ölkədir ki, media nümayəndələri heç bir quruma müraciət etmədən seçkini işıqlandıra bilirlər.

Prosesin gedişi zamanı müşahidəçi kimi qeydə alınan şəxslər müvafiq lövhəciklərlə təmin ediliblər. Səsvermə gününə 5 gün qalmışa qədər müşahidə aparmaq arzusunda olan subyektlər müvafiq dairə seçki komissiyalarına müraciət ediblər. Xüsusilə qeyd etmək lazımdır ki, müraciət edən bütün subyektlərə müsbət cavab verilib, heç bir subyektin müşahidə aparmasından imtina olunmayıb.

1000 məntəqədə veb-kamera quraşdırılıb

Qeyd edək ki, Azərbaycanda 2008-ci ildən seçki məntəqələrində veb-kameraların quraşdırılmasına başlanılıb. Bu, dünyada ilk təcrübədir və praktikada özünü çoxdan doğruldub. Müxtəlif ölkələri təmsil edən şəxslər və seçkiləri müşahidə sahəsində ixtisaslaşmış beynəlxalq təşkilatların nümayəndələri bunu bir Azərbaycan təcrübəsi kimi öyrənir və şəffaflığın təmin edilməsində mühüm rola malik olduğunu vurğulayırlar. Veb-kameralar ilk dəfə ölkə üzrə 500 seçki məntəqəsində quraşdırılıb. Bunun uğurlu olduğunu gördükdən sonra MSK veb-kameralar quraşdırılan məntəqələrin sayını artırıb. Ötən seçkilərin təcrübəsi göstərir ki, veb-kameralara baxış olduqca çoxdur. Xüsusilə xarici ölkələrdən baxış sayı lap çoxdur. Əlbəttə, müşahidəçi nəyisə gözündən qaçıra bilər. Amma veb-kameralar elə bir müşahidədir ki, müşahidə etmək arzusunda olan şəxs burada fasiləsiz, birbaşa platforma üzərindən prosesi müşahidə edir. Seçki prosesində aşkarlığın təmin edilməsinin göstəricisi hesab olunan veb-kameraların quraşdırıldığı məntəqələrin siyahısı əvvəlcədən MSK-nın saytına yerləşdirilir.

Budəfəki bələdiyyə seçkiləri də bu baxımdan istisna deyil. Yenə də 1000 məntəqədə veb-kameralar quraşdırılıb. Veb-kameralar səsvermə günü 07:50-dən başlayaraq məntəqə seçki komissiyası tərəfindən seçkilərin nəticələrinə dair tərtib edilmiş protokolların dairə seçki komissiyalarına aparılması anınadək prosesi fasiləsiz müşahidə edəcəklər.

Siyasi partiyalar prosesdə fəal iştirak edirlər

Namizədlərin qeydə alınmasına gəldikdə isə, qeyd etmək lazımdır ki, imza vərəqələrini qaytaran 16294 namizəddən 16238 nəfərinin, başqa sözlə, 99,7 faizinin namizədliyi qeydə alınıb. Sonrakı prosesdə bəzi şəxslər öz namizədliyini geri götürüb və yekunda 16092 nəfər namizəd kimi qeydə alınıb. Onların adı seçki bülletenlərinə daxil edilib.

Ölkədə fəaliyyət göstərən siyasi partiyaların prosesdə aktiv iştirakı da diqqəti cəlb edir. “Siyasi partiyalar haqqında” yeni qanunun tələblərinə uyğun olaraq yenidən qeydiyyatdan keçən 26 partiyadan 23-ü namizədlərini irəli sürüb. Seçkilərdə bu qədər sayda siyasi partiyanın üzvlərinin namizəd kimi iştirakı bələdiyyə seçkilərinə marağın artmasının göstəricisidir. Namizədlərin yarıdan çoxu da məhz siyasi partiyaların nümayəndələridir. Yəni, seçki bülleteninə adları daxil edilən namizədlərdən 8424 nəfəri siyasi partiya mənsubudur.

Digər statistik məlumatlara gəldikdə isə, bildirmək lazımdır ki, qeydə alınanların 31 faizdən çoxu qadınlardır. Namizədlərin 82 faizi ali təhsillidir. Eyni zamanda, namizədlərin, təxminən, 41 faizi 21-35 yaş aralığındadır.

Səhifəni hazırladı: 
Səxavət HƏMİD
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:223
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 28 Yanvar 2025 23:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see336

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see298

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see281

Trampın İranla bağlı çağırışının arxasında nə dayanır? AÇIQLAMA

26 Avqust 2026 11:30see279

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see277

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see274

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see261

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see248

Ermənistan qış aylarında ciddi risklərlə üzləşə bilər

27 Avqust 2026 13:50see248

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see244

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

26 Avqust 2026 19:04see237

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see234

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see232

“Bakıya uçuş”: Həftəsonu gələcəyi birgə duyaq

26 Avqust 2026 13:14see231

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see225

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

26 Avqust 2026 18:38see220

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

26 Avqust 2026 21:42see220

“Üfüq” karyera proqramı beynəlxalq mükafat alıb

27 Avqust 2026 11:43see190

“Bitcoin”in qiyməti 78 min dollara endi

26 Avqust 2026 19:18see187

İran “düşmən media”nı Tehranın hərbi hədəfi elan etdi

27 Avqust 2026 00:08see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri