“Bu səfərlə Azərbaycan Qazaxıstan əlaqələri yeni siyasi məzmun qazanacaq” | Icma.az
Xalqcebhesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Prezident İlham Əliyevin Qazaxıstana səfəri təkcə iki dost və qardaş ölkə arasında diplomatik münasibətlərin davamı deyil, həm də türkdilli dövlətlər ailəsində strateji əməkdaşlığın yeni mərhələsinə keçid kimi qiymətləndirilir.
Azərbaycan və Qazaxıstan son illərdə siyasi, iqtisadi və humanitar sahələrdə əlaqələrini ardıcıl şəkildə möhkəmləndirir.
Hər iki ölkə regional sabitliyin, iqtisadi inteqrasiyanın və enerji təhlükəsizliyinin təminində mühüm rol oynayır.
Bu baxımdan səfərin əsas məqsədi münasibətləri daha da dərinləşdirmək, yeni əməkdaşlıq mexanizmləri üzərində razılaşmaqdır”.
Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov söyləyib.
A.Hüseynov diqqətə çatdırıb ki, iki ölkə arasındakı münasibətlərin təməlində ortaq tarixi köklər, mədəni yaxınlıq və qarşılıqlı etimad dayanır: “Bu gün Azərbaycan ilə Qazaxıstan təkcə ikitərəfli müstəvidə deyil, həm də Türk Dövlətləri Təşkilatı, BMT və digər beynəlxalq qurumlar çərçivəsində eyni istiqamətdə mövqe nümayiş etdirir.
İlham Əliyevin səfəri regional proseslərdə türk dünyasının siyasi birliyini daha da gücləndirəcək addım kimi qiymətləndirilir.
Tam oxu
Xəbəri oxu