Icma.az
close
up
RU
“Bu səfərlə Azərbaycan Qazaxıstan əlaqələri yeni siyasi məzmun qazanacaq”

“Bu səfərlə Azərbaycan Qazaxıstan əlaqələri yeni siyasi məzmun qazanacaq”

Xalqcebhesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Prezident İlham Əliyevin Qazaxıstana səfəri təkcə iki dost və qardaş ölkə arasında diplomatik münasibətlərin davamı deyil, həm də türkdilli dövlətlər ailəsində strateji əməkdaşlığın yeni mərhələsinə keçid kimi qiymətləndirilir. Azərbaycan və Qazaxıstan son illərdə siyasi, iqtisadi və humanitar sahələrdə əlaqələrini ardıcıl şəkildə möhkəmləndirir. Hər iki ölkə regional sabitliyin, iqtisadi inteqrasiyanın və enerji təhlükəsizliyinin təminində mühüm rol oynayır. Bu baxımdan səfərin əsas məqsədi münasibətləri daha da dərinləşdirmək, yeni əməkdaşlıq mexanizmləri üzərində razılaşmaqdır”.

Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov söyləyib.

A.Hüseynov diqqətə çatdırıb ki, iki ölkə arasındakı münasibətlərin təməlində ortaq tarixi köklər, mədəni yaxınlıq və qarşılıqlı etimad dayanır: “Bu gün Azərbaycan ilə Qazaxıstan təkcə ikitərəfli müstəvidə deyil, həm də Türk Dövlətləri Təşkilatı, BMT və digər beynəlxalq qurumlar çərçivəsində eyni istiqamətdə mövqe nümayiş etdirir. İlham Əliyevin səfəri regional proseslərdə türk dünyasının siyasi birliyini daha da gücləndirəcək addım kimi qiymətləndirilir. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə keçiriləcək görüşlərdə enerji, nəqliyyat-logistika və kənd təsərrüfatı sahələrində konkret razılaşmaların əldə olunacağı gözlənilir”.

Deputat əlavə edib ki, parlamentlərarası əlaqələr də bu əməkdaşlığın mühüm tərkib hissəsidir: “Azərbaycan və Qazaxıstan parlamentləri arasında dostluq qrupları uzun illərdir aktiv fəaliyyət göstərir, qanunverici səviyyədə təcrübə mübadiləsi aparılır. Hər iki ölkə qanunvericilik sahəsində islahatlar, parlament diplomatiyasının genişləndirilməsi və gənc deputatların əməkdaşlığı kimi istiqamətlərdə qarşılıqlı dəstəyi davam etdirir. Bu münasibətlər yalnız rəsmi səviyyədə deyil, xalqlar arasında yaxınlaşmanı da gücləndirir. Gözləntilər ondan ibarətdir ki, bu səfər nəticəsində Azərbaycan-Qazaxıstan əlaqələri yeni siyasi məzmun qazanacaq, iqtisadi və mədəni əməkdaşlıq daha da genişlənəcək. Hər iki ölkə türkdilli dövlətlər arasında inteqrasiya prosesinə liderlik etmək, regionda dayanıqlı inkişafı təmin etmək niyyətindədir. Bu səfər həm tarixi, həm də strateji baxımdan türk dünyasının birliyini möhkəmləndirən önəmli addım kimi yadda qalacaq”.

Röya İsrafilova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 21 Oktyabr 2025 16:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see266

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see234

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see215

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see206

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see200

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see190

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see184

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see176

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see172

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see164

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see162

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see148

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see144

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see143

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see142

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see135

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see134

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see134

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see134

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri