“Bu səfərlər vətənpərvərliyin real təcəssümü kimi meydana çıxır” | Icma.az
Xalqcebhesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasi dialoq və milli həmrəylik kursu iqtidar-müxalifət münasibətlərini keyfiyyətcə yeni mərhələyə daşıyıb.
Azərbaycan ictimaiyyəti son illər ərzində iqtidarın mövcud istiqamətdəki davamlı təşəbbüslərinin şahididir.
Bu təşəbbüsün mühüm tərkib hissəsi kimi həyata keçirilən toplantılar, fərdi görüşlər, eləcə də müəyyən qanunların qəbulu ilə bağlı dinləmələr yeni dövrdə siyasi münasibətlərin inkişafına öz töhfələrini verir”.
Bu fikirləri xalqcəbhəsi.az-a açıqlamasında politoloq Yusif Bağırzadə söyləyib.
O qeyd edib ki, proses uğurla davam edir və Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə iş şöbəsinin təşkilatçılığı ilə baş tutan görüşlər və birgə səfərlər siyasi həmrəyliyin gücləndirilməsi istiqamətində mühüm amil rolunu oynayır: “Belə təşəbbüslərdən biri də Prezident Administrasiyasının bilavasitə təşkilatçılığı ilə baş tutan növbəti sayca yeddinci Qarabağ səfəri oldu.
Ölkədə fəaliyyət göstərən siyasi partiya rəhbərləri, politoloqlar, kütləvi informasiya vasitələrinin rəhbərləri və nümayəndələrinin iştirak etdiyi səfər çərçivəsində Cəbrayıl və Zəngilanda olduq.
Baş tutan səfər çərçivəsində Horadiz şəhərinin yaxınlığında Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi tərəfindən aparılan minatəmizləmə fəaliyyəti barədə geniş məlumat aldıq və düşmən tərəfindən basdırılmış minaların zərərsizləşdirilməsi prosesini izləmək imkanı əldə etdik.
Tam oxu
Xəbəri oxu