Icma.az
close
up
RU
“Bu səfərlər vətənpərvərliyin real təcəssümü kimi meydana çıxır”

“Bu səfərlər vətənpərvərliyin real təcəssümü kimi meydana çıxır”

Xalqcebhesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasi dialoq və milli həmrəylik kursu iqtidar-müxalifət münasibətlərini keyfiyyətcə yeni mərhələyə daşıyıb. Azərbaycan ictimaiyyəti son illər ərzində iqtidarın mövcud istiqamətdəki davamlı təşəbbüslərinin şahididir. Bu təşəbbüsün mühüm tərkib hissəsi kimi həyata keçirilən toplantılar, fərdi görüşlər, eləcə də müəyyən qanunların qəbulu ilə bağlı dinləmələr yeni dövrdə siyasi münasibətlərin inkişafına öz töhfələrini verir”.

Bu fikirləri xalqcəbhəsi.az-a açıqlamasında politoloq Yusif Bağırzadə söyləyib.

O qeyd edib ki, proses uğurla davam edir və Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə iş şöbəsinin təşkilatçılığı ilə baş tutan görüşlər və birgə səfərlər siyasi həmrəyliyin gücləndirilməsi istiqamətində mühüm amil rolunu oynayır: “Belə təşəbbüslərdən biri də Prezident Administrasiyasının bilavasitə təşkilatçılığı ilə baş tutan növbəti sayca yeddinci Qarabağ səfəri oldu. Ölkədə fəaliyyət göstərən siyasi partiya rəhbərləri, politoloqlar, kütləvi informasiya vasitələrinin rəhbərləri və nümayəndələrinin iştirak etdiyi səfər çərçivəsində Cəbrayıl və Zəngilanda olduq. Baş tutan səfər çərçivəsində Horadiz şəhərinin yaxınlığında Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi tərəfindən aparılan minatəmizləmə fəaliyyəti barədə geniş məlumat aldıq və düşmən tərəfindən basdırılmış minaların zərərsizləşdirilməsi prosesini izləmək imkanı əldə etdik. Daha sonra Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi tərəfindən Cəbrayıl şəhərinin giriş hissəsində işğal zamanı düşmənin dağıtdığı evlərin qalıqları, Cəbrayıl şəhər yaşayış kompleksi və Mehdi Mehdizadə adına tam orta məktəb ilə tanışlıq, həmçinin şəhərin baş planının təqdimatı keçirildi. Səfər çərçivəsində Cəbrayılda yerləşən “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı haqqında geniş məlumat əldə etdik və eləcə də Zəngilanın Məmmədbəyli kəndi, Zəngilan şəhər məscidi, Zəngilan Konqres Mərkəzi, 104 mənzilli yaşayış kompleksi və Oxçuçay üzərində yerləşən “Zəngilan” SES-ə ekskursiya etmiş olduq. Siyasi partiya sədrləri ilə birgə səfərdə iştirak edən Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev siyasilərin qarşısında çıxış edərək Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə təşviq olunan siyasi dialoq mühiti çərçivəsində ötən dövr ərzində görülmüş işlər haqqında geniş məlumat verdi. Cəbrayıl və Zəngilanın timsalında işğaldan azad olunmuş bütün ərazilərdə aparılan genişmiqyaslı işlər Azərbaycan dövlətinin iqtisadi qüdrətinin nümayişi olduğunu bildirən Ədalət Vəliyev qeyd etdi ki, bir müddət sonra Qarabağ dünyanın ən füsunkar ünvanlarından biri olacaq”.

Y.Bağırzadə vurğulayıb ki, Prezident İlham Əliyev tərəfindən təsdiq olunmuş Böyük Qayıdış Proqramı bu cür nəticələrin əldə olunması üçün müstəsna zəmin yaradır: “Qeyd edim ki, işğaldan azad olunmuş ərazilərə təşkil olunan səfərlər öz mahiyyətinə və bir çox mühüm xüsusiyyətlərinə görə seçilir. Bu, həm də siyasi iradənin, ortaq mövqenin və vətənpərvərliyin real təcəssümü kimi meydana çıxır. Uzun illər işğal altında olan dağıdılmış, viran qoyulmuş, yerlə yeksan edilmiş ərazilərimizdə sürətli bərpa işlərinin aparıldığını, insanlarımızın öz dogma yurdlarına qayıdışını görmək qürurverici bir hissdir. Məsələnin digər tərəfi isə təbii ki, bu cür səfərlərin hakimiyyətlə siyasi partiyalar arasında konstruktiv əməkdaşlığın qurulması üçün yeni imkanlar yaratması ilə bağlıdır. Bu cür təşəbbüslər ölkəmizdə yeni siyasi mədəniyyətin formalaşdırılmasına mühüm töhfələr verir. Təsadüfi deyil ki, dövlətimizin başçısı öz çıxış və müsahibələrində siyasətdə sağlam münasibətlərin bərqərar olunması, siyasi dialoq mühitinin əhəmiyyəti və konstruktiv əməkdaşlığın vacibliyi kimi önəmli demokratik məzmunlu təzahürləri davamlı olaraq qeyd edir”.

Onun sözlərinə görə, bu səfərlər göstərir ki, partiyalar arasında siyasi baxışlarına, ideoloji əsaslara görə fərqlər olsa da, əsas məsələlərdə - ərazi bütövlüyü, suverenlik, dövlət müstəqilliyinin qorunması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi kimi fundamental mövzularda tam konsensus mövcuddur: “Bu baxımdan birgə səfərlər yalnız siyasi həmrəylik aktı deyil, həm də regionda həyatın bərpası və quruculuq işlərinə verilən siyasi dəstəyin ifadəsidir. Bu səfərlər həm də beynəlxalq ictimaiyyətə ölkəmizdə siyasi institutların yetkinliyini, ümummilli məsələlərdə vahid mövqe sərgiləməyi bacardığını nümayiş etdirir”.

Röya İsrafilova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 07 İyun 2025 13:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see344

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see315

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see308

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see295

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see275

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see269

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see265

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see263

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see243

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see235

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see230

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see226

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see216

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see210

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see207

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see202

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see201

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see195

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see193

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri