Metbuat portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Son dövrlər vətəndaşların bank kartlarından edilən oğurluq hallarında ciddi artım müşahidə olunur.
Hər gün minlərlə manatın yoxa çıxması insanlarda narahatlıq yaradır və rəqəmsal ödənişlərə olan etimadı sarsıdır.
Artıq bir çoxları bu “tendensiya”nın davam etməsinin nağd ödənişlərə qayıdışı sürətləndirəcəyini düşünür.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İctimai Şurasının üzvü Fərid Kazımov Metbuat.az-a açıqlamasında bildirib ki, hər bir oğurluq əməlinin arxasında istifadəçinin etinasızlığı və kibertəhlükəsizlik baxımından atmalı olduğu addımları atmaması dayanır: “Kartda pul qalmayıbsa belə, o demək deyil ki, heç bir təhlükə yoxdur.
Kart oğurluğu müəyyən mərhələlərlə baş verir. Cinayətkarlar, kiberdələduzlar müəyyən addımlar atırlar.
Bəs nəyə görə bəzi insanlarda kartdan pul oğurlanır, digərlərində isə yox? Bunu araşdırmaq lazımdır.
Təəssüf ki, Azərbaycanda yaşlı nəslin böyük bir hissəsi rəqəmsal, virtual dünyanın nə olduğunu anlamır.