Icma.az
close
up
RU
Bu səhvlərə görə kartdan pul oğurlanır AÇIQLAMA

Bu səhvlərə görə kartdan pul oğurlanır AÇIQLAMA

Metbuat portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Son dövrlər vətəndaşların bank kartlarından edilən oğurluq hallarında ciddi artım müşahidə olunur. Hər gün minlərlə manatın yoxa çıxması insanlarda narahatlıq yaradır və rəqəmsal ödənişlərə olan etimadı sarsıdır. Artıq bir çoxları bu “tendensiya”nın davam etməsinin nağd ödənişlərə qayıdışı sürətləndirəcəyini düşünür.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İctimai Şurasının üzvü Fərid Kazımov Metbuat.az-a açıqlamasında bildirib ki, hər bir oğurluq əməlinin arxasında istifadəçinin etinasızlığı və kibertəhlükəsizlik baxımından atmalı olduğu addımları atmaması dayanır:

“Kartda pul qalmayıbsa belə, o demək deyil ki, heç bir təhlükə yoxdur. Kart oğurluğu müəyyən mərhələlərlə baş verir. Cinayətkarlar, kiberdələduzlar müəyyən addımlar atırlar. Bəs nəyə görə bəzi insanlarda kartdan pul oğurlanır, digərlərində isə yox? Bunu araşdırmaq lazımdır. Təəssüf ki, Azərbaycanda yaşlı nəslin böyük bir hissəsi rəqəmsal, virtual dünyanın nə olduğunu anlamır. Onlara elə gəlir ki, bu, mənim kartımdır, şəxsi məlumatlarımdır, heç kim buna daxil ola bilməz. Amma reallıq başqadır. Texnologiyalar inkişaf etdikcə bu texnologiyalardan cinayət törətmək üçün istifadə edən qruplar da təkmilləşir. Məsələn, kartdan-karta köçürmə, kart məlumatlarının paylaşılması kimi məsələlər elementar təhlükələrdir. Azərbaycanda elə bir hal yaranıb ki, müxtəlif şəxslər sosial şəbəkələrdə özlərini “yardımçı” kimi təqdim edib, rəqəmsal dünyadan xəbəri olmayan insanlara guya xarici saytlardan mal almaqda kömək edirlər. İnsanlar da kart məlumatlarını onlara verirlər. Bu da elə bil ki, “məni aldatmağa sənə icazə verirəm” deməkdir. Sonra deyirik ki, kartdan pul oğurlanıb. Hazırda bütün banklar SMS təsdiqləmə, iki mərhələli yoxlama sistemlərini məcburi tətbiq edirlər ki, bu halların qarşısı alınsın. Amma insanlar yenə də öz məlumatlarını paylaşırlar, nəticədə bu cür problemlər yaranır”.

Ekspert təklif edir ki, Azərbaycanda aidiyyəti qurumlar – istər maliyyə, istər iqtisadiyyat, istər hüquq-mühafizə sahəsində təhlükəsizliklə bağlı maarifləndirmə məqsədilə bir portal yaratmalıdır:

“İnsanlar ora daxil olub, sadə dildə yazılmış məlumatları oxuya bilməlidirlər. Elə olmalıdır ki, 50-60 yaşlı insanlar belə başa düşsün. Videolar, qısa mətnlər vasitəsilə nəyin doğru, nəyin yanlış olduğunu izah edən kontent olmalıdır”.

F.Kazımov kiberdələduzların şirnikləndirdiyi tələlərinə də aydınlıq gətirib:

“İnsanlara “100 manat qoy, 1000 manat qazanacaqsan” kimi təkliflər edirlər. Bu tip piramida sxemləri, onlayn maliyyə fırıldaqları geniş yayılıb. İnsanlar öz əlləri ilə pullarını verirlər. Kimisi 100 manat, kimisi 1000, kimisi 2500 itirir. Hətta maliyyə direktoru səviyyəsində işləyən insanlar da belə piramidalara aldanır. Bu da cəmiyyətimizdə yaranan bir problemdir. İnsanlar asan yolla pul qazanmaq istəyirlər, amma başa düşmürlər ki, belə bir şey yoxdur. Bu məsələlərə fərdi yanaşma lazımdır. Mən hər zaman deyirəm ki, bu cür halların qarşısını almaq üçün maarifləndirmə aparılmalıdır. Texnologiyanı bilməmək, istifadə qaydalarından xəbərsiz olmaq təhlükəlidir. Məsələn, mən ən sadə addım olaraq tövsiyə edirəm ki, əgər onlayn ödəniş edirsinizsə, əsas (maaş və ya gəlir) kartınızdan istifadə etməyin. İkinci bir kart yaradın və yalnız ödənişlər üçün ondan istifadə edin. O kartda da az məbləğ saxlayın – nə qədər lazımdırsa, 50-100 manat, onu yükləyin, ödənişi edin. Bu halda hətta oğurluq olsa belə, əsas kartınız və böyük məbləğlər qorunmuş olar”.

Sevinc İbrahimzadə / Metbuat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 21 Aprel 2025 18:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see588

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see498

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see336

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see275

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see239

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see238

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see232

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see231

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see227

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see222

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see205

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see203

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see200

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see188

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see184

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see181

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see176

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see175

Liqa 1: Renndə 5 qol

12 Oktyabr 2026 00:41see165

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

12 Oktyabr 2026 02:58see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri