Sfera.az saytından alınan məlumata görə, Icma.az bildirir. İraqda ölkə parlamenti şəriət qanunlarına görə, nikah yaşının 18 yaşdan 9 yaşa en
Hətta ilk rəsmi toy keçirilib. Belə ki, 35 yaşlı kişi 9 yaşlı qızla evlənib. Qonşu İranda da qızlar üçün evlilik yaşı 9-dan başlayır.
Ümumiyyətlə, son illər erkən nikah, evlilikdə böyük yaş fərqləri çox normallaşdırılır. Bunlara kinolar və seriallarda da rast gəlirik.
Maraqlıdır, bunun səbəbi nədir? Ölkəmizdə bu kimi halların qarşısı necə alınmalıdır?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov bildirdi ki, bunu pedofiliyanın dolayısı ilə təbliği adlandırmaq olar: “İraqda azyaşlı qızların erkən yaşda evlənməsini qanuniləşdirən qərar həm etik, həm də psixoloji baxımdan ciddi problemlər doğurur.
Bu hadisəyə ancaq öz pəncərəmizdən baxırıq və təəssüf hissi keçiririk.
Bu cür qanunlar və mədəniyyət cinsi istismarın normal qəbul edilməsinə şərait yaradır.
Qanunların və ənənələrin bu cür münasibətləri qəbul etməsi, pedofiliyanın sosial olaraq qəbul edilməsinə yol açır”.