Icma.az
close
up
RU
Bu serialların yayımlanması pedofiliyanın təbliğidir, ciddi şəkildə... AÇIQLAMA

Bu serialların yayımlanması pedofiliyanın təbliğidir, ciddi şəkildə... AÇIQLAMA

Sfera.az saytından alınan məlumata görə, Icma.az bildirir.

İraqda ölkə parlamenti şəriət qanunlarına görə, nikah yaşının 18 yaşdan 9 yaşa endirilməsini təsdiqləyib. Hətta ilk rəsmi toy keçirilib. Belə ki, 35 yaşlı kişi 9 yaşlı qızla evlənib. Qonşu İranda da qızlar üçün evlilik yaşı 9-dan başlayır. 

Ümumiyyətlə, son illər erkən nikah, evlilikdə böyük yaş fərqləri çox normallaşdırılır. Bunlara kinolar və seriallarda da rast gəlirik. 

Maraqlıdır, bunun səbəbi nədir? Ölkəmizdə bu kimi halların qarşısı necə alınmalıdır?

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov bildirdi ki, bunu pedofiliyanın dolayısı ilə təbliği adlandırmaq olar:

“İraqda azyaşlı qızların erkən yaşda evlənməsini qanuniləşdirən qərar həm etik, həm də psixoloji baxımdan ciddi problemlər doğurur. Bu hadisəyə ancaq öz pəncərəmizdən baxırıq və təəssüf hissi keçiririk. Bu cür qanunlar və mədəniyyət cinsi istismarın normal qəbul edilməsinə şərait yaradır. Qanunların və ənənələrin bu cür münasibətləri qəbul etməsi, pedofiliyanın sosial olaraq qəbul edilməsinə yol açır”.

Psixoloq qeyd edib ki, hər bir uşaq xoşbəxt uşaqlıq yaşamaq hüququna malikdir:

“Azyaşlıların evləndirilməsi isə bu hüququ pozmaqla yanaşı, cəmiyyətin mənəvi dəyərlərinə də ziddir. İctimaiyyət bu cür hallara qarşı birgə mübarizə aparmalı, uşaqlarımızın gələcəyini qorumaq üçün həm hüquqi, həm də maarifləndirici tədbirlər görməlidir. Bu cür halların normallaşdırılması insanlığa qarşı bir təhqirdir və buna qarşı çıxmaq hər birimizin borcudur. Erkən evliliklər uşaqların bədən və psixologiyasına uyğun deyil. Zorla həyata keçirilən münasibətlər posttravmatik stress pozuntusuna, depressiyaya və uzunmüddətli psixi problemlərə gətirib çıxara bilər. Uşağın erkən yaşda valideyn olmağa məcbur edilməsi onun emosional və intellektual inkişafını dayandırır, çünki bu yaşda məsuliyyət daşımaq üçün tələb olunan yetkinlik səviyyəsinə malik deyil”. 

Psixoterapevt vurğulayıb ki, valideynlər və cəmiyyət erkən nikahların yaratdığı fəsadlar haqqında ətraflı məlumatlandırılmalıdır: 

“Erkən evliliyin fiziki, psixoloji və hüquqi nəticələri hərtərəfli şəkildə izah edilməli, bu məsələ ilə bağlı maarifləndirmə məktəblərdən tutmuş icma mərkəzlərinə qədər geniş miqyasda həyata keçirilməlidir. Sosial media, televiziyalar və ictimai tədbirlər bu prosesin ayrılmaz hissəsi olmalıdır ki, cəmiyyət bu problemin miqyasını və onun mənfi təsirlərini tam dərk etsin. Erkən evliliklərdən zərər çəkmiş və ya bu riski daşıyan uşaqlar üçün xüsusi psixoloji dəstək proqramları hazırlanmalı və həyata keçirilməlidir. Bu proqramlar uşaqların yaşadıqları travmaların aradan qaldırılmasına, onların emosional və sosial inkişafına dəstək olmağa yönəlməlidir. Valideynlər üçün də xüsusi maarifləndirici təlimlər keçirilməli, onların bu kimi hallardan qaçınmalarını təmin edəcək psixoloji və pedaqoji biliklər verilməlidir”.

R.Nəcəfovun sözlərinə görə, kütləvi informasiya vasitələrində yayımlanan məzmun ciddi şəkildə nəzarətə götürülməlidir:

“Xüsusilə filmlər, seriallar və sosial şəbəkələrdə azyaşlıların evliliyinin romantikləşdirilməsi və ya normal bir hadisə kimi təqdim olunması yolverilməzdir. Media vasitəsilə düzgün mesajlar yayımlanmalı və cəmiyyətə bu mövzuda həssas və məsuliyyətli yanaşma formalaşdırılmalıdır. Media ictimaiyyətin maarifləndirilməsi üçün bir vasitə kimi istifadə edilməli və zərərli stereotiplərin yayılmasının qarşısı alınmalıdır”.


Mövzu ilə bağlı Azərbaycan Universiteti “Sosial işin təşkili” kafedrasının müdiri Nigar Şahhüseynbəyova bildirib ki, qətiyyən bu kimi halları cəmiyyət sosial norma olaraq qəbul edə bilməz:

“Kiçik yaşda evliliklər mövzusu həm fizioloji, həm əxlaqi, həm də hüquqi baxımdan ciddi problemlər yaradır və cəmiyyətin sağlam inkişafına böyük təhlükədir. İlk növbədə, bu hal uşaqların fiziki və psixoloji inkişafına uyğun gəlmir. 9-10 yaşında uşaq nə bioloji olaraq, nə də emosional cəhətdən ailə qurmağa və ailə məsuliyyətini daşımağa hazırdır. Bu yaşda evliliklər həmçinin uşaqların sağlamlığına ciddi zərər vurur, çünki bu, onların bədən inkişafına ziddir və uzunmüddətli tibbi və psixoloji problemlərə səbəb ola bilər”.

Onun sözlərinə görə, İslamda erkən yaşda nikaha icazə verildiyini iddia edən yanaşmalar, əsasən, şəriətin yanlış təfsiri və tarixi-mədəni ənənələrlə əlaqəlidir:

“Əslində, İslamın əsas prinsipləri insan hüquqlarını, qadınların hüquqlarını və uşaqların qorunmasını vurğulayır. Şəriət nikah üçün həm bioloji, həm də psixoloji yetkinliyin təmin edilməsini tələb edir və bu, erkən yaşda evliliyin din baxımından da uyğun olmadığını göstərir. Müasir dövrdə bu mövzuya yanaşma daha çox hüquqi və etik prinsiplər əsasında formalaşdırılmalıdır”.

Sosioloq qeyd edib ki, əxlaqi və etik prinsiplərə gəldikdə, erkən nikahlar insan hüquqlarının pozulmasıdır:

“Uşaqların ailə qurmağa məcbur edilməsi onların şəxsi seçim və həyat planlarını həyata keçirmək hüquqlarını əlindən alır. Bu, uşağın öz gələcəyi üzərindəki nəzarətini itirməsinə və cəmiyyətdə bərabərsizliklərin daha da dərinləşməsinə səbəb olur. Uşaq yaşda nikahların normal kimi təqdim edilməsi cəmiyyətin etik və əxlaqi dəyərlərinə ziddir və bu halın təbliği heç bir cəmiyyətdə qəbul edilməməlidir.Cəmiyyətdə bu cür halların normallaşdırılması, xüsusilə filmlər və seriallarda bunun təbliği, bu məsələyə qarşı həssaslığın azalmasına səbəb olur. Erkən nikahların “adi hal” kimi təqdim edilməsi, bu cür qeyri-insani praktikanı normal bir həyat tərzi kimi göstərir. Bu, əslində pedofiliyanın dolayı şəkildə təbliğidir və cəmiyyətin buna sərt şəkildə qarşı çıxması vacibdir”.

N.Şahhüseynbəyova vurğulayıb ki, Azərbaycan cəmiyyətində bu kimi halların qarşısını almaq üçün geniş miqyaslı maarifləndirmə işlərinin aparılması vacibdir:

“Çünki sirr deyil ki, bizdə də hələ erkən nikahlara bəziləri çox normal baxır. Erkən yaşda evliliyin fəsadları haqqında məlumatlar, xüsusilə təhsil müəssisələrində və ictimai tədbirlərdə geniş şəkildə müzakirə olunmalıdır. Bununla yanaşı, valideynlərin də maarifləndirilməsi vacibdir, çünki erkən nikahların qarşısını almaq üçün ailələrdə bu mövzu ilə bağlı düzgün yanaşmanın formalaşdırılması mühüm əhəmiyyət daşıyır.Həmçinin dövlət səviyyəsində hüquqi mexanizmlərin daha da gücləndirilməsi zəruridir. Erkən nikahların qarşısının alınması üçün qanunvericilikdə sərt cəzalar tətbiq olunmalı, bu kimi halları gizlədən və ya təşviq edən şəxslər ciddi məsuliyyətə cəlb edilməlidir. Bununla yanaşı, uşaq hüquqlarının qorunması sahəsində fəaliyyət göstərən təşkilatların fəallığı artırılmalı və bu məsələdə dövlət və vətəndaş cəmiyyətinin birgə əməkdaşlığı təmin edilməlidir.

Son olaraq, 9-10 yaşlı qızların əsas prioriteti ailə həyatı yox, hərtərəfli inkişaf və təhsil olmalıdır. Onlara uşaqlıq dövründə oynamaq, öyrənmək və gələcəkdə cəmiyyət üçün faydalı bir fərd olmaq üçün şərait yaradılmalıdır. Belə halların normal kimi qəbul edilməsi nə sosial, nə də mədəni cəhətdən Azərbaycan cəmiyyətinə uyğundur. Bu mövzuda həm fərdi, həm də kollektiv səviyyədə ciddi addımlar atılmalıdır”.

Firuzə Əliyeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:257
embedMənbə:https://sfera.az
archiveBu xəbər 21 Yanvar 2025 12:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see682

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see530

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see476

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see349

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see331

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see282

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see268

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see259

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see250

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see225

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see224

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see223

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see222

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see210

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see210

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see204

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

01 Noyabr 2026 21:10see189

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see181

İvanka Tramp lüks oteldə istirahətinə görə tənqid olundu Foto

01 Noyabr 2026 22:00see181

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri