Icma.az bildirir, Milli.az saytına əsaslanaraq. "Azərbaycanda NFC və QR kod sistemlərinin artıq alış-veriş və digər sahələrdə geniş tətbiq o
Bu səbəbdən Bakı Metropolitenində NFC sisteminin tətbiqi zamanı ciddi çətinliklərin yaranacağı gözlənilmir".
Milli.Az xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, NFC sisteminin tətbiqi zamanı birinci dərəcəli planlamada maarifləndirmə və məlumatlandırma xüsusi rol oynayır: "Alış-veriş prosesindən fərqli olaraq, metropoliten stansiyalarına daxil olan sərnişinlər hərəkət zamanı bu sistemi rahatlıqla aktivləşdirə biləcəklər.
Bu istiqamətdə Bakı Metropoliteni tərəfindən maarifləndirmə işləri sürətləndirilib". B.
Məmmədov bildirib ki, metropolitenin əsas hədəfi sərnişinlərin keçid zamanı hər hansı maneə ilə qarşılaşmamasıdır: "NFC sisteminin tətbiqi isə sərnişinlərin vaxtına qənaət etməklə yanaşı, keçid prosesini daha sürətli və rahat edəcək".
Mina Mikayılova Milli.Az Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.