Bu, sərnişinlərin vaxtına qənaət, keçid prosesini daha sürətli edəcək
Icma.az bildirir, Milli.az saytına əsaslanaraq.
"Azərbaycanda NFC və QR kod sistemlərinin artıq alış-veriş və digər sahələrdə geniş tətbiq olunduğunu nəzərə alsaq, sərnişinlərin bu texnologiyalara alışdığı görünür. Bu səbəbdən Bakı Metropolitenində NFC sisteminin tətbiqi zamanı ciddi çətinliklərin yaranacağı gözlənilmir".
Milli.Az xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, NFC sisteminin tətbiqi zamanı birinci dərəcəli planlamada maarifləndirmə və məlumatlandırma xüsusi rol oynayır:
"Alış-veriş prosesindən fərqli olaraq, metropoliten stansiyalarına daxil olan sərnişinlər hərəkət zamanı bu sistemi rahatlıqla aktivləşdirə biləcəklər. Bu istiqamətdə Bakı Metropoliteni tərəfindən maarifləndirmə işləri sürətləndirilib".
B. Məmmədov bildirib ki, metropolitenin əsas hədəfi sərnişinlərin keçid zamanı hər hansı maneə ilə qarşılaşmamasıdır:
"NFC sisteminin tətbiqi isə sərnişinlərin vaxtına qənaət etməklə yanaşı, keçid prosesini daha sürətli və rahat edəcək".
Mina Mikayılova
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:31
Bu xəbər 20 Yanvar 2026 11:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















