Bu səsi eşidən alimlər qorxudan ağlamağa başladılar İnanılmaz/FOTOLAR | Icma.az
Icma.az, News24 saytına istinadən bildirir. Tədqiqatçılar asteklər dövründə insan kəlləsi formasında hazırlanmış və qışqırığa bənzər səs çıx
Hətta bunu ilk edən iki alim o qədər qorxub ki, ağlayıb və bir daha heç vaxt ona üfürməyəcəklərinə and içib.News24.az xəbər verir ki, bu bar
Bu yerdə asteklər insanları qurban verirdilər. Təəccüblü deyil ki, alimlər məzarda başı kəsilmiş bir gəncin qalıqlarını tapıblar.
Onun əlində gildən hazırlanmış kəllə formasında kiçik bir fit olub.Bundan sonra bənzər əşyalar digər məzarlarda, əsasən Astek sivilizasiyası ilə əlaqəli yerlərdə tapılmağa başlayıb.
Əvvəlcə arxeoloqlar bunun sadəcə sadə ritual bəzəyi olduğunu düşünüblər, lakin sonra artefaktlar müqayisə edilib və onlardakı dəliklərin musiqi alətlərində olduğu kimi eyni şəkildə düzəldildiyi görülüb.Sonra alimlər 3D çap texnologiyasından istifadə edərək bu əşyanı orijinal formada yenidən yaratmağa qərar veriblər.
Ona üfürməyə cəsarət etdikdə isə heyrətə gəliblər: çıxan səs insanın ürəkparçalayan qışqırığına bənzəyib.Artıq 25 ildir ki, elm adamları asteklərin bu “ölüm fitlərindən” (alimlər onları belə adlandırırılar) nə üçün istifadə etdikləri barədə mübahisə edirlər.
Bəziləri hindlilərin döyüşdə düşməni qorxutmaq üçün onlardan istifadə etdiyini düşünürlər.
Digərləri isə fitlərin əsasən qurban verilənlərin skeletləri yanında tapıldığına diqqət çəkir və buna görə də, onların mərasimdə rol oynadığını düşünürlər.Onların çıxardığı səsin “Astek ölülər dünyası”nda əsən sərt küləkləri simvolizə etdiyi və külək tanrısı “Ehecatl”ı təcəssüm etdirdiyi versiyası da irəli sürülüb.Təcrübə iştirakçıları hər şeyi unudurlarSürix Universitetinin (İsveçrə) alimləri “ölüm fitləri”nin çıxardığı siqnalların insan beyninə necə təsir etdiyini təcrübi yolla yoxlamağa qərar veriblər.
Tam oxu
Xəbəri oxu