Icma.az
close
up
RU
Bu səsi eşidən alimlər qorxudan ağlamağa başladılar İnanılmaz/FOTOLAR

Bu səsi eşidən alimlər qorxudan ağlamağa başladılar İnanılmaz/FOTOLAR

Icma.az, News24 saytına istinadən bildirir.

Tədqiqatçılar asteklər dövründə insan kəlləsi formasında hazırlanmış və qışqırığa bənzər səs çıxaran gil fitlərin insan şüuruna təsir edə biləcəyini, təşviş yaratdığını və qorxunu artıra biləcəyini aşkar ediblər. Hətta bunu ilk edən iki alim o qədər qorxub ki, ağlayıb və bir daha heç vaxt ona üfürməyəcəklərinə and içib.

News24.az xəbər verir ki, bu barədə Oxu.az “Communications Psychology” jurnalında dərc edilən məqaləyə istinadən yazı hazırlayıb.

“Astek ölülər dünyası”nın sərt küləkləri

Bugünkü Meksikanın yerli xalqları tərəfindən yaradılan artefakt ilk dəfə 1999-cu ildə arxeoloqlar tərəfindən qədim Tlatelolko şəhərindəki Quetzalkoatl məbədində qazıntılar apararkən aşkar edilib. Bu yerdə asteklər insanları qurban verirdilər. Təəccüblü deyil ki, alimlər məzarda başı kəsilmiş bir gəncin qalıqlarını tapıblar. Onun əlində gildən hazırlanmış kəllə formasında kiçik bir fit olub.

Bundan sonra bənzər əşyalar digər məzarlarda, əsasən Astek sivilizasiyası ilə əlaqəli yerlərdə tapılmağa başlayıb. Əvvəlcə arxeoloqlar bunun sadəcə sadə ritual bəzəyi olduğunu düşünüblər, lakin sonra artefaktlar müqayisə edilib və onlardakı dəliklərin musiqi alətlərində olduğu kimi eyni şəkildə düzəldildiyi görülüb.

Sonra alimlər 3D çap texnologiyasından istifadə edərək bu əşyanı orijinal formada yenidən yaratmağa qərar veriblər. Ona üfürməyə cəsarət etdikdə isə heyrətə gəliblər: çıxan səs insanın ürəkparçalayan qışqırığına bənzəyib.

Artıq 25 ildir ki, elm adamları asteklərin bu “ölüm fitlərindən” (alimlər onları belə adlandırırılar) nə üçün istifadə etdikləri barədə mübahisə edirlər. Bəziləri hindlilərin döyüşdə düşməni qorxutmaq üçün onlardan istifadə etdiyini düşünürlər. Digərləri isə fitlərin əsasən qurban verilənlərin skeletləri yanında tapıldığına diqqət çəkir və buna görə də, onların mərasimdə rol oynadığını düşünürlər.

Onların çıxardığı səsin “Astek ölülər dünyası”nda əsən sərt küləkləri simvolizə etdiyi və külək tanrısı “Ehecatl”ı təcəssüm etdirdiyi versiyası da irəli sürülüb.

Təcrübə iştirakçıları hər şeyi unudurlar

Sürix Universitetinin (İsveçrə) alimləri “ölüm fitləri”nin çıxardığı siqnalların insan beyninə necə təsir etdiyini təcrübi yolla yoxlamağa qərar veriblər. Alimlər könüllüləri dəvət edib və onların üzərində bir sıra testlər aparıb, onların neyronlarının və psixikasının edilmiş audio yazılara reaksiyasını qeydə alıblar. Bu zaman sınaqdan keçirilənlər eşitdikləri səslərin mənbəyinin nə olduğunu bilməyiblər.

Təcrübə iştirakçıları qeyd ediblər ki, səslər onlar tərəfindən təbii və süni arasında bir şey kimi qəbul edilib, qorxudub və çəkindirib.

Sınaqdan keçirilənlərin beyinlərinin müşahidəsi eşitmə şöbələrində neyronların aktivliyinin artması qeydə alınıb. Bəzi iştirakçılar o qədər qorxurdular ki, bundan əvvəl fikirlərini məşğul edən hər şeyi unudublar və yalnız bu siqnala diqqət yetiriblər.

Qorxu və ehtiram

Ən maraqlı nəticə budur. Beyin bu səsi həm təbii, həm də süni kimi qəbul etdiyi üçün dinləyicinin diqqətini tamamilə cəlb edir, beyini onu daha diqqətlə emal etməyə məcbur edir, bu isə emosional qavrayışı gücləndirir. Bundan əlavə, zehni işi də işə salır: Bəs bu nə üçün ola bilər?

Bu artefaktlar ən çox astek məzarlıqlarında tapıldığı üçün alimlər bu fitlərdən dini rituallarda, xüsusilə qurbanvermə mərasimlərində və ölmüş insanlarla bağlı mərasimlərdə istifadə edildiyi qənaətinə gəliblər.

Tədqiqatın müəllifləri güman edirlər ki, fitlər ölümcül ritualın qurbanlarında qorxu, mərasimə tamaşaçı kimi qatılanlarda isə ehtiram yaratmaq üçün nəzərdə tutulub.

“Beləliklə, kəllə fitləri dinləyicilərə müəyyən psixoaffektiv təsir göstərən unikal səs alətləri kimi görünür. Astek icmaları bu səslərin qorxuducu, qışqırığa bənzər xüsusiyyətindən faydalana bilərdilər”, – deyə alimlər qeyd edirlər

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://news24.az
archiveBu xəbər 24 Noyabr 2024 14:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see316

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see253

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see210

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see207

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see201

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see194

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see184

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see184

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see178

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see171

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see169

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see160

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see157

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see156

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see148

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see145

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see140

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see131

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see127

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri