Bu şəxslər evliliyə imza atan zaman həbs edilə bilər | Icma.az
Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır. 2025-ci ilin iyulun 1-dən qohum evlilikləri qadağan olunub.
Maraqlıdır, bu qadağanı pozan şəxsləri hansı caza gözləyir? Globalinfo.az-ın xəbərinə görə, mövzu ilə bağlı Metbuat.az-a danışan vəkil Asim
Qanunvericiliyə edilmiş dəyişikliklərdə insan hüquq və azadlıqlarının qorunması, eyni zamanda cəmiyyətin sağlam gələcəyinə zərbə vuran fəsad
Bu məqsədlə Azərbaycan Respublikasının Ailə, Cinayət və İnzibati Xətalar Məcəlləsinə bir sıra dəyişikliklər və əlavələr edilib.
Ailə Məcəlləsinin “Nikahın bağlanmasına mane olan hallar” başlığı daşıyan 12-ci maddəsinə “qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqları” (12.0.2-1-ci) və “bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu” (12.0.2-2-ci) məzmunda bəndlər əlavə edilib.
Qohum evliliyi ilə bağlı qadağanı pozan şəxslərin həm inzibati, həm də cinayət məsuliyyəti vardır.
Cinayət Məcəlləsinin 176-1-ci maddəsinə görə qadını nikaha daxil olmağa məcbur etməyə görə şəxslər iki min manatdan üç min manatadək miqdarda cərimə edilə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırıla bilərlər.
Eyni əməllər nikah yaşına çatmayan şəxs barəsində törədildikdə üç min manatdan dörd min manatadək miqdarda cərimə və ya dörd ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.
Tam oxu
Xəbəri oxu