Icma.az
close
up
RU
Bu şəxslər evliliyə imza atan zaman həbs edilə bilər

Bu şəxslər evliliyə imza atan zaman həbs edilə bilər

Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.

2025-ci ilin iyulun 1-dən qohum evlilikləri qadağan olunub. Maraqlıdır, bu qadağanı pozan şəxsləri hansı caza gözləyir?

Globalinfo.az-ın xəbərinə görə, mövzu ilə bağlı Metbuat.az-a danışan vəkil Asim Abbasov bildirib ki, yetkinlik yaşına çatmayanların erkən evliliyi və qohum nikahlarla bağlı ölkədə mövcud olan ciddi problemlərin qarşısının alınması məqsədilə qanunvericiliyə bir sıra dəyişikliklər edilb:

“Hər iki məsələ insan hüquq və azadlıqlarının təmin edilməsinə və cəmiyyətin sağlam gələcəyinə zərbə vuran fəsadlara səbəb olur. Qanunvericiliyə edilmiş dəyişikliklərdə insan hüquq və azadlıqlarının qorunması, eyni zamanda cəmiyyətin sağlam gələcəyinə zərbə vuran fəsadların aradan qaldırılması və sağlam gələcək formalaşdırılması məqsədi daşıyır. Bu məqsədlə Azərbaycan Respublikasının Ailə, Cinayət və İnzibati Xətalar Məcəlləsinə bir sıra dəyişikliklər və əlavələr edilib.

Ailə Məcəlləsinin “Nikahın bağlanmasına mane olan hallar” başlığı daşıyan 12-ci maddəsinə “qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqları” (12.0.2-1-ci) və “bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu” (12.0.2-2-ci) məzmunda bəndlər əlavə edilib.

Qohum evliliyi ilə bağlı qadağanı pozan şəxslərin həm inzibati, həm də cinayət məsuliyyəti vardır.

Cinayət Məcəlləsinin 176-1-ci maddəsinə görə qadını nikaha daxil olmağa məcbur etməyə görə şəxslər iki min manatdan üç min manatadək miqdarda cərimə edilə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırıla bilərlər. Eyni əməllər nikah yaşına çatmayan şəxs barəsində törədildikdə üç min manatdan dörd min manatadək miqdarda cərimə və ya dörd ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Qəbul edilmiş qanun lahiyəsində Cinayət Məcəlləsinin “Qadını nikaha daxil olmağa məcbur etmə” adı daşıyan 176-1-ci maddəsinin adının dəyişdirilərək “Nikaha və ya erkən evliliyə daxil olmağa məcbur etmə” kimi müəyyən edilmiş və bununlada cinayətdən zərər çəkmiş şəxslərin dairəsi genişləndirilib.

Cinayət Məcəlləsinə əlavə edilmiş “On altı yaşına çatmayan şəxsin erkən evliliyinin təşkili” başlıqlı 176-2-ci maddəyə görə On altı yaşına çatmayan şəxsin erkən evliliyinin həmin şəxsin və ya erkən evliliyə daxil olan digər şəxsin valideynləri və ya onları tərbiyə etmək vəzifəsi daşıyan şəxslər və ya erkən evliliyə daxil olan yetkinlik yaşına çatmış şəxs tərəfindən təşkil edilməsinə görə şəxslər iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırıla bilərlər. Bu maddədə nəzərdə tutulmuş cinayətə görə məsuliyyət erkən evliliyə daxil olan yetkinlik yaşına çatmış şəxsə münasibətdə həmin şəxslə zərərçəkmiş şəxsin yaş fərqi beş ildən çox olduqda yaranır”.

Asim Abbasov bildirib ki, cəmiyyətdə bir sıra hallarda yetkinlik yaşına çatmayanlar barəsində elçilik, nişan kimi mərasimlər keçirilir.

“Bu cür mərasimlər faktiki ailənin qurulması halı olmasa da, uşaq psixologiyasında ciddi fəsadlara səbəb olmaqla yanaşı, uşaq hüquqlarının məhdudlaşdırılmasına və onların təhsildən yayınmasına gətirib çıxarır. Bu əməllərin qarşısının alınması üçün İnzibati Xətalar Məcəlləsinə 189-1 (On altı yaşına çatmayan şəxs barəsində evliliyə dair sövdələşməyə daxil olma), 189-2 (Yetkinlik yaşına çatmayan şəxslərin erkən evliliyi ilə bağlı mərasimlərin keçirilməsi) və 189-3-cü (Yetkinlik yaşına çatmayan şəxslər barəsində dini kəbinkəsmə) madəlləri əlavə edilmişdir. Bu maddələrin tələblərini pozan şəxslər barəsində inzibati tənbeh növündə inzibati cərimə və ya inzibati həbs tətbiq edilir.

Qanunvericiliyə edilmiş əlavə və dəyişikliklər 2025-ci il iyulun 1-dən qüvvəyə minəcəkdir.

Qeyd edim ki, qanunvericiliyə edilmiş dəyişikliklər və əlavələr erkən evliliklə mübarizədə mühüm addımlardan biri olacaq”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:123
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 08 Aprel 2025 16:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see241

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see228

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see216

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see210

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see201

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see197

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see182

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see174

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see165

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see162

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see158

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see157

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see150

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see144

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see141

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see139

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see136

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri