Bu şəxslərdə virus daha ağır fəsadlar verə bilər Həkim

15.12.2025

Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

“H3N2 qrip virusu mövsümi qrip viruslarından biridir və tez-tez mutasiyaya uğrama xüsusiyyəti ilə seçilir. Mütasiyalı ştammların yaranması virusun daha sürətlə yayılmasına və bəzi hallarda xəstəliyin daha ağır keçməsinə səbəb ola bilər”.
Bunu Demokrat.az-a açıqlamasında infeksionist həkim Nigar Əliyeva bildirib.
O deyib ki, bu baxımdan Türkiyədə belə bir halın aşkarlanması region ölkələri üçün diqqət siqnalıdır:
“Hazırda Azərbaycanda mutasiyalı H3N2 virusunun rəsmi yayılması təsdiqlənməyib. Lakin insanların gediş-gəlişinin intensiv olduğu nəzərə alınarsa, riskin sıfır olduğunu demək olmaz. Xüsusilə payız–qış mövsümündə qrip viruslarının ölkəyə daxil olması və yayılması ehtimalı artır. Əsas risk qruplarına yaşlılar, xroniki xəstəliyi olanlar, hamilələr və uşaqlar daxildir. Bu şəxslərdə xəstəlik daha ağır fəsadlar verə bilər. Simptomlar adətən yüksək hərarət, əzələ ağrıları, halsızlıq, quru öskürək və boğaz ağrısı ilə özünü göstərir. Profilaktika baxımından qripə qarşı peyvənd, şəxsi gigiyena qaydalarına riayət, qapalı məkanlarda maskadan istifadə və xəstəlik əlamətləri olan şəxslərlə təmasdan çəkinmək vacibdir. Hər hansı ağır simptomlar yarandıqda isə özünü müalicədən qaçaraq həkimə müraciət etmək tövsiyə olunur. Bu mərhələdə panikaya yox, düzgün məlumatlanmaya və qabaqlayıcı tədbirlərə üstünlük verilməlidir”.
Leyla Turan
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью