Bu şəxslərdə virus daha ağır fəsadlar verə bilər Həkim
Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.
“H3N2 qrip virusu mövsümi qrip viruslarından biridir və tez-tez mutasiyaya uğrama xüsusiyyəti ilə seçilir. Mütasiyalı ştammların yaranması virusun daha sürətlə yayılmasına və bəzi hallarda xəstəliyin daha ağır keçməsinə səbəb ola bilər”.
Bunu Demokrat.az-a açıqlamasında infeksionist həkim Nigar Əliyeva bildirib.
O deyib ki, bu baxımdan Türkiyədə belə bir halın aşkarlanması region ölkələri üçün diqqət siqnalıdır:
“Hazırda Azərbaycanda mutasiyalı H3N2 virusunun rəsmi yayılması təsdiqlənməyib. Lakin insanların gediş-gəlişinin intensiv olduğu nəzərə alınarsa, riskin sıfır olduğunu demək olmaz. Xüsusilə payız–qış mövsümündə qrip viruslarının ölkəyə daxil olması və yayılması ehtimalı artır. Əsas risk qruplarına yaşlılar, xroniki xəstəliyi olanlar, hamilələr və uşaqlar daxildir. Bu şəxslərdə xəstəlik daha ağır fəsadlar verə bilər. Simptomlar adətən yüksək hərarət, əzələ ağrıları, halsızlıq, quru öskürək və boğaz ağrısı ilə özünü göstərir. Profilaktika baxımından qripə qarşı peyvənd, şəxsi gigiyena qaydalarına riayət, qapalı məkanlarda maskadan istifadə və xəstəlik əlamətləri olan şəxslərlə təmasdan çəkinmək vacibdir. Hər hansı ağır simptomlar yarandıqda isə özünü müalicədən qaçaraq həkimə müraciət etmək tövsiyə olunur. Bu mərhələdə panikaya yox, düzgün məlumatlanmaya və qabaqlayıcı tədbirlərə üstünlük verilməlidir”.
Leyla Turan
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:Bu şəxslərdə virus xəstəliyindən sonra ağırlaşmalar ola bilər
08 Yanvar 2025 15:36
Sabah bu şəxslərdə NARAHATLIQ OLACAQ!
08 Aprel 2025 17:45
Bu şəxslərdə tromboz riski yüksəkdir
22 May 2025 17:48
Bu şəxslərdə xərçəng riski yüksəkdir ARAŞDIRMA
23 Mart 2025 15:01
Bu şəxslərdə D vitamini çatışmazlığı var
15 Yanvar 2025 15:34
Baxış sayı:50
Bu xəbər 15 Dekabr 2025 18:58 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları