Bu şəxslərə ŞAD XƏBƏR PULSUZ OLACAQ | Icma.az
Icma.az, News24 saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Cərrah deyir ki, peyvəndin tətbiq edildiyi ölkələrdə xəstəlik əhəmiyyətli dərəcədə azalıb, bizdə də...Uşaqlıq boynu xərçənginə qarşı vurulan HPV peyvəndi yaxın gələcəkdə Azərbaycanda da pulsuz olacaq.
News24.az xəbər verir ki, bunu APA-ya müsahibəsində Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib.
“Səhiyyə Nazirliyinin HPV vaksininin profilaktik peyvəndlər təqviminə daxil edilməsi istiqamətində işlər aparması ilə bağlı məlumatlıyıq.
Biz Səhiyyə Nazirliyinin bu təşəbbüsünü bütün imkanlarımızla dəstəkləyirik.
Çünki HPV peyvəndi qadınları uşaqlıq boynu xərçəngindən qorumaq üçün təhlükəsiz və effektiv yoldur”, - o bildirib.Hande Harmancı qeyd edib ki, Səhiyyə Nazirliyi və ÜST bu vaksinin peyvənd təqviminə salınmasında maraqlıdır.Qeyd edək ki, uşaqlıq boynu xərçənginə səbəb olan insan papilloma virusuna qarşı 2006-cı ildən bəri tətbiq olunan HPV peyvəndi artıq ÜST-nin Avropa regionundakı ölkələrin mütləq əksəriyyətində profilaktik peyvəndlər təqviminə daxil edilib.
Peyvənd təqviminə daxil edilmiş vaksinlər isə dövlət tərəfindən pulsuz təşkil edilir.Məlumat üçün bildirək ki, ABŞ-da Kaliforniya Universitetində uşaqlıq boynu xərçəngindən dünyasını dəyişmiş qadınlar üzərində araşdırma aparılıb və demək olar ki əksəriyyətində insan papilomavirus infeksiyasının onkogen və qeyri-onkogen tipləri aşkarlanıb.
Bu bir daha sübut edir ki, uşaqlıq boynu xərçənginin yaranmasının etiologiyasında HPV-insan papilomavirusu durur.
Tam oxu
Xəbəri oxu