Icma.az
close
up
RU
Bu şəxslərə ŞAD XƏBƏR PULSUZ OLACAQ

Bu şəxslərə ŞAD XƏBƏR PULSUZ OLACAQ

Icma.az, News24 saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Cərrah deyir ki, peyvəndin tətbiq edildiyi ölkələrdə xəstəlik əhəmiyyətli dərəcədə azalıb, bizdə də...

Uşaqlıq boynu xərçənginə qarşı vurulan HPV peyvəndi yaxın gələcəkdə Azərbaycanda da pulsuz olacaq. 

News24.az xəbər verir ki, bunu APA-ya müsahibəsində Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib. “Səhiyyə Nazirliyinin HPV vaksininin profilaktik peyvəndlər təqviminə daxil edilməsi istiqamətində işlər aparması ilə bağlı məlumatlıyıq. Biz Səhiyyə Nazirliyinin bu təşəbbüsünü bütün imkanlarımızla dəstəkləyirik. Çünki HPV peyvəndi qadınları uşaqlıq boynu xərçəngindən qorumaq üçün təhlükəsiz və effektiv yoldur”, - o bildirib.

Hande Harmancı qeyd edib ki, Səhiyyə Nazirliyi və ÜST bu vaksinin peyvənd təqviminə salınmasında maraqlıdır.

Qeyd edək ki, uşaqlıq boynu xərçənginə səbəb olan insan papilloma virusuna qarşı 2006-cı ildən bəri tətbiq olunan HPV peyvəndi artıq ÜST-nin Avropa regionundakı ölkələrin mütləq əksəriyyətində profilaktik peyvəndlər təqviminə daxil edilib. Peyvənd təqviminə daxil edilmiş vaksinlər isə dövlət tərəfindən pulsuz təşkil edilir.

Məlumat üçün bildirək ki, ABŞ-da Kaliforniya Universitetində uşaqlıq boynu xərçəngindən dünyasını dəyişmiş qadınlar üzərində araşdırma aparılıb və demək olar ki əksəriyyətində insan papilomavirus infeksiyasının onkogen və qeyri-onkogen tipləri aşkarlanıb. Bu bir daha sübut edir ki, uşaqlıq boynu xərçənginin yaranmasının etiologiyasında HPV-insan papilomavirusu durur. Dünyada HPV  infeksiyasına yoluxmanın profilaktikası üçün peyvəndlərdən də istifadə olunur. Peyvəndlər adətən 11-12 yaşlarında və ya ilk cinsi əlaqəyə qədər 13-26  yaş arasında vurulmalıdır (45 yaşa qədər vurmaq mümkündür). Cervarix 2 və Gardasil 4 peyvəndinin vurulması 70% - ə qədər servikal xərçəngin qarşısını alır. Gardasil 9 peyvəndi isə servikal xərçəngin 90%-ə qədər qarşısını alır.

Ümumiyyətlə, yüksək yoluxucu DNT virusları olan Papilloma Virusu və ya HPV cinsi yolla ötürülən ən çox yayılmış infeksiyalardan biridir. HPV-nin 200-ə yaxın növü var. Bununla belə, təxminən 20 müxtəlif məlum növ genital infeksiyaya səbəb olur. HPV-nin xərçəngə səbəb olan (yüksək risk) və ziyillərə səbəb olan növləri (aşağı risk) var. Yüksək riskli HPV növləri qadınlarda uşaqlıq boynu xərçəngi, vagina, orofarenks, anus xərçəngi və xərçəng öncəsi (xərçəng prekursor hüceyrələri) patalogiyalarına səbəb olur. Kişilərdə isə anus və penis xərçəngi ilə əlaqələndirilir.

Peyvəndlərin üç növü var: ikiqat, dördlü və doqquz valentli peyvəndlər. Hər üç peyvənd uşaqlıq boynu xərçənginə qarşı ən riskli olan HPV tip 16 və tip 18-dən qoruyur. Dördlü peyvənd həmçinin ziyillərə səbəb olan tip 6 və 11-dən qorunma təmin edir. Doqquz valentli peyvənd bu və digər riskli növlərə qarşı qorunma təmin etdiyi üçün onun daha yüksək qorunma olduğunu söyləmək olar.

Cərrah-ginekoloq Rəşad Sultan mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini bölüşüb: “Uşaqlıq boynu xərçəngi yüz faiz insan papilloma virusu tərəfindən törədilir. Bu, artıq sübut olunub və heç bir müzakirə mövzusu deyil. İkincisi, xəstəlik virus tərəfindən törədildiyinə görə həmin virusun qarşısını alsaq, uşaqlıq boynu xərçənginin də qarşısını almış olarıq. Bu da dəqiqdir. İş ondadır ki, digər virus infeksiyalarından fərqli olaraq, bu peyvəndi təkcə profilaktik məqsədlə deyil, həm də müalicə məqsədilə istifadə etmək mümkündür. Niyə? Çünki uşaqlıq boynu xərçəngini törədən insan papilloma virusu xroniki infeksiya yaradır. Yəni gizli infeksiya şəklində toxumalara daxil olur, orada yayılır və qalır. Peyvənd vurmaqla biz virusun daxil olmasının qarşısını ala bilirik. Peyvənd nəticəsində orqanizmdə immunitet formalaşır və bu da virusun daxil olmasının qarşısını alır. Amma eyni zamanda artıq virus orqanizmə daxil olubsa, spesifik immunitet yaratmaqla daxil olmuş virusun orqanizmdən xaric olunmasını sürətləndirir və buna nail olur. Bu, işin nəzəri əsasıdır. O ki qaldı işin praktik tərəfinə, yəni nəticələrə, dünyada bu peyvənd tətbiq olunmağa başlayandan bu günə qədər olan statistikaya baxanda görürük ki, peyvəndin tətbiq edildiyi ölkələrdə uşaqlıq boynu xərçəngi, xərçəngönü xəstəlikləri, virusa yoluxma və virus daşıyıcılığı əhəmiyyətli dərəcədə azalıb. Bu da işin praktik-statistik göstəriciləridir. Bütün bunları nəzərə alanda, uşaqlıq boynu xərçənginin sığorta təşkilatlarına, dövlətə və fərdlərə nə dərəcədə ağır tibbi və maliyyə yükü yaratdığını düşündükdə görürük ki, dövlətə, cəmiyyətə və səhiyyə sisteminə peyvəndin tətbiqi sərfəlidir. Ölkəmizdə də bu peyvəndin tətbiq olunması həm milyonlarla qadını bu infeksiyadan və xərçəngdən qoruyacaq, həm də dövlətin üzərinə düşən səhiyyə xərclərini azaldacaq. Bu baxımdan peyvəndin tətbiqi sərfəlidir”.

Həkim peyvəndlə bağlı daha çox verilən suala da cavab verib: “O ki qaldı peyvəndin cinsi həyata başlamadan öncə vurulub-vurulmamasına, öncədən vurulması daha yaxşıdır, çünki virusla qarşılaşmadan öncə peyvənd olunmaq daha məqsədəuyğundur. Amma vaxtında vurdurmamaq da problem deyil. Geciksək belə, cinsi həyata başladıqdan sonra da peyvənd olunmaq mümkündür”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:214
embedMənbə:https://news24.az
archiveBu xəbər 14 Fevral 2025 10:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see794

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see546

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see328

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see306

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see300

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see300

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see285

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see273

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see271

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see262

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see256

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see249

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see244

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see239

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see214

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see214

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see202

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see197

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see194

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri