Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Son illərdə Azərbaycanda daşınmaz əmlak alqı-satqısında etibarnamə vasitəsilə həyata keçirilən əməliyyatlara tez-tez rast gəlinir.
Bəzi vətəndaşlar müəyyən səbəblərə görə evi birbaşa alqı-satqı müqaviləsi ilə deyil, etibarnamə yolu ilə alır və ya satır.
Lakin bu proses, ilk baxışda sadə görünsə də, ciddi hüquqi risklər yarada bilər.
Çünki etibarnamə mülkiyyət hüququnu tam şəkildə ötürmür və müəyyən hallarda alıcının hüquqları təhlükə altına düşə bilər.
Etibarnamə ilə əmlak alan şəxs hansı hüquqi risklərlə üzləşə bilər və belə hallarda özünü necə qorumalıdır?
Moderator.az-a açıqlamasında hüquqşünas Ramil Süleymanov bildirib ki, Azərbaycanda etibarnamə vasitəsilə əmlak alma halları hələ də geniş yayılıb.
O vurğulayıb ki, çox təəssüf ki, bəzi vətəndaşlar etibarnaməni mülkiyyət sənədi kimi qəbul edirlər, halbuki belə deyil.