Bu şirkət hər il nazirliyə 17 18 milyon manatlıq mebel satır

24.11.2026

Yeniavaz saytından verilən məlumata görə, Icma.az xəbər verir.


Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, Elm və Təhsil Nazirliyi təhsil müəssisələri üçün mebel və idman inventarlarının satın alınması məqsədilə “Vest-LTD” QSC-yə (VÖEN - 2100393871) 16 milyon 861 min 388 manat 18 qəpik vəsait ödəyəcək.
Məlumat üçün bildirək ki, Elm və Təhsil Nazirliyi əvvəlki illərdə də “Vest-LTD” QSC-dən mebel inventarları satın alıb. “Vest-LTD” QSC 2025-ci ildə nazirliyə 17,1 milyon, 2024-cü ildə 18 milyon, 2023-cü ildə isə 17,1 milyon manatlıq mebel inventarları satıb.
Qeyd edək ki, “Vest-LTD” QSC 14 aprel 2010-cu il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 2 050 manat olan şirkətin hüquqi ünvanı “Bakı şəhəri, Binəqədi rayonu, Cavad xan küçəsi, ev 51, mənzil 46” olaraq göstərilib. Qanuni təmsilçisi Verdəliyev Şahin Əlimərdan oğludur.
“Vest-LTD” QSC indiyədək milyonlarla manat dəyərində tenderlərin qalibi olub. Şirkət əsasən təmir, tikinti və abadlıq işləri ilə bağlı tenderlərdə qalib gəlir.
Elnur Əli
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью