Bu şirkət hər il nazirliyə 17 18 milyon manatlıq mebel satır
Yeniavaz saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, Elm və Təhsil Nazirliyi təhsil müəssisələri üçün mebel və idman inventarlarının satın alınması məqsədilə “Vest-LTD” QSC-yə (VÖEN - 2100393871) 16 milyon 861 min 388 manat 18 qəpik vəsait ödəyəcək.
Məlumat üçün bildirək ki, Elm və Təhsil Nazirliyi əvvəlki illərdə də “Vest-LTD” QSC-dən mebel inventarları satın alıb. “Vest-LTD” QSC 2025-ci ildə nazirliyə 17,1 milyon, 2024-cü ildə 18 milyon, 2023-cü ildə isə 17,1 milyon manatlıq mebel inventarları satıb.
Qeyd edək ki, “Vest-LTD” QSC 14 aprel 2010-cu il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 2 050 manat olan şirkətin hüquqi ünvanı “Bakı şəhəri, Binəqədi rayonu, Cavad xan küçəsi, ev 51, mənzil 46” olaraq göstərilib. Qanuni təmsilçisi Verdəliyev Şahin Əlimərdan oğludur.
“Vest-LTD” QSC indiyədək milyonlarla manat dəyərində tenderlərin qalibi olub. Şirkət əsasən təmir, tikinti və abadlıq işləri ilə bağlı tenderlərdə qalib gəlir.
Elnur Əli
Bu mövzuda digər xəbərlər:Universitetin 1 milyon manatlıq tenderini bu şirkət uddu
20 Sentyabr 2025 14:18
Azərbaycanda 18 illik şirkət bağlanır
21 Yanvar 2025 15:13
Bu məşhur şirkət qüsurlu mebel satırmış
04 Aprel 2025 17:36
1,8 milyon manatlıq şirkət ləğv olunur
23 Yanvar 2026 12:31
8,9 milyon manatlıq şirkət ləğv edildi
30 Dekabr 2025 16:58
Baxış sayı:113
Bu xəbər 24 Noyabr 2026 16:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















