Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
ABŞ Prezidenti Donald Trampın Qrenlandiyanı işğal ideyası Respublikaçılar Partiyasında da etirazla qarşılanır.
“AzPolitika” xəbər verir ki, “Financial Times” qəzetinin məlumatına görə, Respublikaçılar Partiyasında Trampın Qrenlandiyanı ələ keçirmək üçün apardığı aqressiv kampaniyaya qarşı getdikcə daha çox səslər eşidilir.
Hətta Konqres yaxın zamanda Prezidentin ərazi işğalı ambisiyalarını məhdudlaşdırmağa cəhd edə bilər.Bu məsələdə növbəti seçkidə yenidən seçilməyi planlaşdırmayan konqresamenlər xüsusilə fəaldırlar.
Məsələn, Nebraska ştatından olan nümayəndə Don Bekon Trampın Qrenlandiyaya yanaşmasını "tamamilə axmaqlıq" adlandırıb.
O əlavə edib ki, Qrenlandiyaya hücum "Trampın prezidentliyinə son qoyacaq, çünki bu, impiçmentə səbəb olacaq”.CNN-ə verdiyi müsahibədə o, Konqresdəki əksər respublikaçıların bu məsələdə hələlik səslərini çıxarmasalar da, hərbi əməliyyatların qarşısını almağa hazır olduqlarını deyib: "Əksər respublikaçılar bunun mənəviyyatsızlıq və səhv olduğunu bilirlər.
Biz buna qarşı çıxacağıq".Yenidən seçilməyi hədəfləməyən senator Tom Tillis isə Qrenlandiya ətrafında "gərginliyin azaldılmasına" nail olmağa çalışdığını açıqlayıb.
O, Trampı Davosda keçirilən Dünya İqtisadi Forumundakı bəyanatları ilə bazarları narahat etməməyə çağırıb.