Icma.az
close
up
RU
“Bu, tamamilə axmaqlıqdır!” Öz partiyasından olan konqresmenlər Trampa qarşı çıxır

“Bu, tamamilə axmaqlıqdır!” Öz partiyasından olan konqresmenlər Trampa qarşı çıxır

Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

ABŞ Prezidenti Donald Trampın Qrenlandiyanı işğal ideyası Respublikaçılar Partiyasında da etirazla qarşılanır.

“AzPolitika” xəbər verir ki, “Financial Times” qəzetinin məlumatına görə, Respublikaçılar Partiyasında Trampın Qrenlandiyanı ələ keçirmək üçün apardığı aqressiv kampaniyaya qarşı getdikcə daha çox səslər eşidilir. Hətta Konqres yaxın zamanda Prezidentin ərazi işğalı ambisiyalarını məhdudlaşdırmağa cəhd edə bilər.

Bu məsələdə növbəti seçkidə yenidən seçilməyi planlaşdırmayan konqresamenlər xüsusilə fəaldırlar. Məsələn, Nebraska ştatından olan nümayəndə Don Bekon Trampın Qrenlandiyaya yanaşmasını "tamamilə axmaqlıq" adlandırıb. O əlavə edib ki, Qrenlandiyaya hücum "Trampın prezidentliyinə son qoyacaq, çünki bu, impiçmentə səbəb olacaq”.

CNN-ə verdiyi müsahibədə o, Konqresdəki əksər respublikaçıların bu məsələdə hələlik səslərini çıxarmasalar da, hərbi əməliyyatların qarşısını almağa hazır olduqlarını deyib: "Əksər respublikaçılar bunun mənəviyyatsızlıq və səhv olduğunu bilirlər. Biz buna qarşı çıxacağıq".

Yenidən seçilməyi hədəfləməyən senator Tom Tillis isə Qrenlandiya ətrafında "gərginliyin azaldılmasına" nail olmağa çalışdığını açıqlayıb. O, Trampı Davosda keçirilən Dünya İqtisadi Forumundakı bəyanatları ilə bazarları narahat etməməyə çağırıb. “Financial Times”-in məlumatına görə, hələ də Konqresdə olan bir neçə respublikaçı Prezidentin Qrenlandiya da daxil olmaqla, NATO ölkələrinə qoşun yerləşdirməsinin qarşısını alacaq qətnamənin qəbul ediləcəyini gözləyir. Qətnamə ötən həftə Alyaskadan olan respublikaçı senator Lisa Murkovski və Nyu-Hempşirdən olan demokrat senator Cinn Şahin tərəfindən təqdim edilib. Oxşar qanun layihəsi Nümayəndələr Palatasında hər iki partiyanın üzvləri tərəfindən də təqdim edilib.

Murkovski, Tillis və bir neçə demokrat senator birlikdə Danimarkaya dəstəyini ifadə etmək üçün Kopenhagenə səfər edib. Senator Tillis orada deyib: “Qrenlandiyaya aktiv yox, müttəfiq kimi baxılmalıdır. Düşünmürəm ki, bu səfərdə daha çox respublikaçının olmaması məsələyə marağın olmaması ilə bağlıdır”. Tillisin sözlərinə görə, qətnamə Senatda üçdə iki səs çoxluğu ilə qəbul edilə bilər.

Kentukkidən olan respublikaçı senator Rend Pol isə “NBC News”-a deyib ki, heç bir respublikaçıdan Qrenlandiyaya hərbi müdaxiləni dəstəklədiyini eşitməyib: "Hətta fraksiyamızdakı ən səs-küylü “şahinlər” də bunu dəstəkləməyəcəklərini bildiriblər”.

Doğrudur, Tramp dünən Davosdakı çıxışında Qrenlandiyanı hərbi yolla işğal etməyi düşünmədiyini deyib. Lakin onun tez-tez öz sözünü, fikrini dəyişdiyini nəzərə alsaq, bu ssenarini qətiyyən istisna etmək olmaz.

Beləliklə, Trampın israr etdiyi Qrenlandiyanın ilhaqı mövzusu ABŞ-nin özündə, hətta öz partiyasında belə onun əleyhinə işləməkdədir. Rəy sorğuları amerikalıların əksəriyyətinin bu “ideyanın” əleyhinə olduğunu göstərir. Qrenlandiyanın ilhaqı eləcə də zatən cızığından çıxmış dünyanın təhlükəsizlik arxitekturasını və beynəlxalq hüququ tam alt-üst edə bilər.

C.Məmmədli

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 22 Yanvar 2026 11:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri