Bu tarixdən avtomobillər bahalaşa bilər | Icma.az
Bizim media portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Avtomobil bazarlarında aylardır davam edən durğunluq, satıcılar üçün çətinliklər yaradıb.Bizim.Media xəbər verir ki, Metbuat.az-a açıqlama verən Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının icraçı direktoru Eyyub Əliyevin sözlərinə görə, durğunluq əsasən ikinci əl avtomobillərdə və rəsmi servislərin satdığı yeni avtomobillərdə yaşanır.Eyyub Əliyev deyib ki, fərdi şəxslər tərəfindən ölkəyə gətirilən avtomobillərin satış həcmi yüksəkdir:“Fərdi şəxslər tərəfindən əsasən Çindən gələn avtomobillər, Çinin daxili bazarı üçün nəzərdə tutulduğundan, bu da durğunluğa səbəb olub.
Çünki eyni marka və modelin həm Avropa təyinatlı, həm də daxili bazar üçün olan versiyaları mövcuddur.
Təəssüflər olsun ki, qeyri-rəsmi yolla gətirilən avtomobillər əsasən daxili bazar üçün nəzərdə tutulanlardır.
Bu avtomobillər daha ucuz qiymətə təklif olunsa da, Çinin daxili subsidiyaları və digər səbəblərdən bu avtomobillər bazarda daha çox satılır.
Ölkəmizdə əsasən Avropa təyinatlı avtomobillər rəsmi dilerlərdə satılır və bu avtomobillərin qiymətləri ilə bağlı müəyyən durğunluq yaşanır.
Durğunluq yalnız yeni avtomobillərdə deyil, həm də ikinci əl avtomobillərdə hiss edilir”.Ekspertin sözlərinə görə, ilin sonuna doğru yeni avtomobillərin satış dinamikalarının artacağı gözlənilir.
Eyyub Əliyev qeyd edib ki, yanvar ayından ekoloji təmiz nəqliyyat vasitələrinə olan güzəşt müddətinin bitməsi ilə bu artım sürətlənə bilər:“Bu barədə aidiyyatı qurumlardan hələ də heç bir rəsmi məlumat yoxdur, amma gözlənilir ki, bu avtomobillərin satışı sürətlənəcək.
Tam oxu
Xəbəri oxu