Icma.az
close
up
RU
Bu tarixdən avtomobillər bahalaşa bilər

Bu tarixdən avtomobillər bahalaşa bilər

Bizim media portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Avtomobil bazarlarında aylardır davam edən durğunluq, satıcılar üçün çətinliklər yaradıb.
Bizim.Media xəbər verir ki, Metbuat.az-a açıqlama verən Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının icraçı direktoru Eyyub Əliyevin sözlərinə görə, durğunluq əsasən ikinci əl avtomobillərdə və rəsmi servislərin satdığı yeni avtomobillərdə yaşanır.
Eyyub Əliyev deyib ki, fərdi şəxslər tərəfindən ölkəyə gətirilən avtomobillərin satış həcmi yüksəkdir:
“Fərdi şəxslər tərəfindən əsasən Çindən gələn avtomobillər, Çinin daxili bazarı üçün nəzərdə tutulduğundan, bu da durğunluğa səbəb olub. Çünki eyni marka və modelin həm Avropa təyinatlı, həm də daxili bazar üçün olan versiyaları mövcuddur. 
Təəssüflər olsun ki, qeyri-rəsmi yolla gətirilən avtomobillər əsasən daxili bazar üçün nəzərdə tutulanlardır. Bu avtomobillər daha ucuz qiymətə təklif olunsa da, Çinin daxili subsidiyaları və digər səbəblərdən bu avtomobillər bazarda daha çox satılır. Ölkəmizdə əsasən Avropa təyinatlı avtomobillər rəsmi dilerlərdə satılır və bu avtomobillərin qiymətləri ilə bağlı müəyyən durğunluq yaşanır. Durğunluq yalnız yeni avtomobillərdə deyil, həm də ikinci əl avtomobillərdə hiss edilir”.
Ekspertin sözlərinə görə, ilin sonuna doğru yeni avtomobillərin satış dinamikalarının artacağı gözlənilir. 
Eyyub Əliyev qeyd edib ki, yanvar ayından ekoloji təmiz nəqliyyat vasitələrinə olan güzəşt müddətinin bitməsi ilə bu artım sürətlənə bilər:
“Bu barədə aidiyyatı qurumlardan hələ də heç bir rəsmi məlumat yoxdur, amma gözlənilir ki, bu avtomobillərin satışı sürətlənəcək. İkinci əl avtomobillərdə durğunluğun əsas səbəbi isə artıq aydındır. 
Hazırda yeni avtomobil almaq, ikinci əl avtomobil almaqdan daha sərfəlidir. İnsanlar köhnə, 10-15 yaşlı avtomobillər yerinə yeni Çin avtomobillərini almağı daha üstün tuturlar. Bu yanaşma bəzən doğru, bəzən də yanlış ola bilər. Mən hər zaman tövsiyə edirəm ki, zəmanət altında avtomobil alaq ki, sabah hər hansı bir problem yaşamayaq və yolda çətinliklərlə qarşılaşmayaq”.
Bizim.Media 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:103
embedMənbə:https://bizim.media
archiveBu xəbər 05 Sentyabr 2025 08:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Moskva üzərində kütləvi PUA hücumu: hərbi və logistika obyektləri vuruldu Ukrayna KİV ləri

20 İyul 2026 13:35see391

İlham Əliyevdən SƏRƏNCAM

20 İyul 2026 13:59see333

Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026 2030 cu illər üçün Tədbirlər Planı” təsdiqlənib

20 İyul 2026 13:58see329

Şuşada ilk açıq hava kitabxanası

20 İyul 2026 14:57see325

Prezident nazirlik qarşısında öhdəlik qoydu

20 İyul 2026 13:58see303

Müharibənin yenidən güclənmə ehtimalı yüksəkdir AÇIQLAMA

21 İyul 2026 17:42see284

Prezident 1 fərman, 1 sərəncam imzaladı

20 İyul 2026 13:58see261

Duginin türk dostu Ankaraya 17 ölkədən nümayəndə yığıb, “4 lü ittifaq” düzəldir?..

20 İyul 2026 22:14see259

Vətənədaşa xəstə heyvan veriləndə, o nə etməlidir? AÇIQLAMA

20 İyul 2026 14:08see237

2026 2030 cu illər üçün məşğulluq strategiyası üzrə Tədbirlər Planı TƏSDİQLƏNDİ

20 İyul 2026 13:59see224

Övladı məktəbə gedəcək valideynlərin NƏZƏRİNƏ

20 İyul 2026 18:48see201

Göz yaşları içində sona çatan böyük hekayə

21 İyul 2026 11:03see199

İran XİN: Milli maraqlarımız nəzərə alınarsa, ABŞ ilə danışıqların bərpası mümkündür

21 İyul 2026 00:42see192

Rumıniyada səhiyyə işçiləri xəbərdarlıq tətili keçirir

20 İyul 2026 14:34see189

I Liqada klubunu dəyişdi

20 İyul 2026 19:42see182

“Sultan Həsən Bahadur” filmi tarixi və süni intellekti bir araya gətirib

20 İyul 2026 20:25see175

Fon der Leyen Ukraynanın yeni Baş naziri ilə danışıqlar apardı

20 İyul 2026 18:55see175

Haluk Levent işi nə görə saxlanılan Oğuzhan Uğur həbs edilib

21 İyul 2026 03:59see175

Üç idarə MMC oldu: Rəis təyin edildi FOTO

20 İyul 2026 13:41see173

İlham Əliyev Mixael Harmsla görüşdü

20 İyul 2026 22:45see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri