GlobalInfo saytına istinadən Icma.az xəbər verir. Xəbər verdiyimiz kimi, 2025-ci il mayın 1-dən Azərbaycanla Gürcüstan arasında dəmir yolu i
Bununla bağlı Gürcüstanın Baş nazirinin I müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili ölkəyə işgüzar səfəri zamanı Azə
Sərhədlərlə bağlı müzakirə bir sıra məsələləri də gündəmə gətirib. Onlardan biri də, qonşu ölkəyə avtomobillə səfərin mümkünlüyüdür.
Gürcüstanla qatar vasitəsilə gediş-gəliş bərpa ediləcəksə, bu, avtomobillərə də şamil oluna bilərmi?
Globalinfo.az-a danışan politoloq Yusif Bağırzadə deyib ki, hazırda Azərbaycanla Gürcüstan arasında dəmir yolu ilə sərnişin daşınmasının mayın 1-dən etibarən bərpa olunması ilə bağlı müzakirələr aparılır.
O, bu barədə ilk dəfə məlumatı hələ bir neçə gün əvvəl Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin verdiyini xatırladıb: “Dünən isə bu məsələ Gürcüstan Baş nazirin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili ilə Gürcüstanda işgüzar səfərdə olan rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev arasında görüş zamanı müzakirə edilib.
Təbii ki, istər dəmir yolu, istərsə də avtomobillərlə gediş-gəlişin bərpası həm insanların daha rahat və az məsrəflə səfər etməsi, həm də iqtisadi inkişaf üçün əhəmiyyətlidir.
Məlumdur ki, artıq neçə illərdir Nazirlər Kabinetinin qərarı ilə Azərbaycanda xüsusi karantin rejimi davam edir və o səbəbdən də ölkənin quru sərhədləri demək olar ki, bağlıdır.