Icma.az
close
up
RU
Bu tarixdən Gürcüstana avtomobillə də getmək mümkün ola bilər

Bu tarixdən Gürcüstana avtomobillə də getmək mümkün ola bilər

GlobalInfo saytına istinadən Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, 2025-ci il mayın 1-dən Azərbaycanla Gürcüstan arasında dəmir yolu ilə sərnişin daşınmasının bərpa olunacağı müzakirə edilib. Bununla bağlı Gürcüstanın Baş nazirinin I müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili ölkəyə işgüzar səfəri zamanı Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevlə görüşdə deyib.

Sərhədlərlə bağlı müzakirə bir sıra məsələləri də gündəmə gətirib. Onlardan biri də, qonşu ölkəyə avtomobillə səfərin mümkünlüyüdür.

Gürcüstanla qatar vasitəsilə gediş-gəliş bərpa ediləcəksə, bu, avtomobillərə də şamil oluna bilərmi?

Globalinfo.az-a danışan politoloq Yusif Bağırzadə deyib ki, hazırda Azərbaycanla Gürcüstan arasında dəmir yolu ilə sərnişin daşınmasının mayın 1-dən etibarən bərpa olunması ilə bağlı müzakirələr aparılır.

O, bu barədə ilk dəfə məlumatı hələ bir neçə gün əvvəl Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin verdiyini xatırladıb:

“Dünən isə bu məsələ Gürcüstan Baş nazirin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili ilə Gürcüstanda işgüzar səfərdə olan rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev arasında görüş zamanı müzakirə edilib. Təbii ki, istər dəmir yolu, istərsə də avtomobillərlə gediş-gəlişin bərpası həm insanların daha rahat və az məsrəflə səfər etməsi, həm də iqtisadi inkişaf üçün əhəmiyyətlidir. Məlumdur ki, artıq neçə illərdir Nazirlər Kabinetinin qərarı ilə Azərbaycanda xüsusi karantin rejimi davam edir və o səbəbdən də ölkənin quru sərhədləri demək olar ki, bağlıdır. Bu isə təbii olaraq insanlar üçün müəyyən problemlər yaradıb və gediş-gəlişdə kəskin azalmaya səbəb olub”.


Yusif Bağırzadə

Y.Bağırzadəninn sözlərinə görə, 2019-cu ildə, yəni quru sərhədlərinin açıq olduğu vaxt Azərbaycandan Gürcüstana 1.5 milyon nəfər səfər etdiyi halda, indi bu rəqəm 70 mini keçmir:

“Eyni şey Gürcüstandan Azərbaycana səfər edənlərə də aiddir. Məsələn, 2019-cu ildə Gürcüstan vətəndaşlarının Türkiyədən sonra ən çox səfər etdiyi ikinci ölkə Azərbaycan olduğu halda, 2024-cü il ərzində bu rəqəm cəmi 50 min olub. Odur ki, indi gediş-gəlişin bərpası ilə bağlı razılaşma təqdirəlayiqdir. Hələ söhbət təkcə dəmir yolu ilə gediş-gəlişdən getsə də, düşünürəm ki, tədricən avtomobil yolu ilə də sərnişindaşıması bərpa olunacaq. Dəmir yolundan sonra ən azı avtobusların hərəkətinin bərpası yaxşı olardı”.

Zaira Akifqızı
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:266
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 19 Fevral 2025 15:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see408

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see402

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see278

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see259

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see248

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see241

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see239

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see235

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see234

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see218

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see207

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see207

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see203

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see202

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see201

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see198

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see195

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see194

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see193

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri