Icma.az bildirir, Newscenter.az saytına əsaslanaraq. Dövlətlərarası münasibətlər qarşılıqlı etimada, ehtirama əsaslananda daha geniş miqyasd
Son illər Azərbaycanla Qazaxıstan arasında münasibətlər bu tezis baxımından xarakterizə edilməlidir.
Tarixi Zəfərdən sonra işğaldan azad edilmiş ərazilərimizdə aparılan böyük quruculuq işlərinə Qazaxıstan da öz töhfəsini verib.
Belə ki, Qazaxıstan Füzulidə Uşaq Yaradıcılığının İnkişafı Mərkəzinin yaradıb.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev oktyabrın 18-də “Kazinform” agentliyinə verdiyi müsahibəsində Azərbaycanla Qazaxıstan arasında ikitərəfli münasibətlərin daha səmimiliklə möhkəmləndiyini, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana 4 dəfə səfər etdiyini, 20 il əvvəl Qazaxıstanla Azərbaycan arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilə imzalandığını, bu iki dövlət arasında Ali Dövlətlərarası Şuranın fəaliyyət göstərdiyini, Azərbaycanla Qazaxıstan arasında investisiya əməkdaşlığının möhkəmləndiyini, ...
diqqətə çatdıraraq dedi: “Türk Dövlətləri Təşkilatı (TDT) Azərbaycan ilə Qazaxıstan arasında qardaşlıq əlaqələrinin möhkəmləndirilməsində aparıcı rola malikdir, siyasi dialoqun dərinləşdirilməsi, iqtisadi əlaqələrin genişləndirilməsi və humanitar əməkdaşlığın inkişafı üçün hərəkətverici platforma rolunu oynayır.
2009-cu ildə qədim Azərbaycan torpağı Naxçıvanda yaradılan Türk Dövlətləri Təşkilatı türk xalqları və ölkələri arasında əməkdaşlığın və həmrəyliyin möhkəmlənməsinə mühüm töhfələr verib.
Keçən il Şuşada ilk qeyri-rəsmi Zirvə Görüşü, bu yaxınlarda isə Qəbələdə TDT Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü keçirilib.