Icma.az
close
up
RU
Bu, tarixdir!

Bu, tarixdir!

Icma.az bildirir, Newscenter.az saytına əsaslanaraq.


Dövlətlərarası münasibətlər qarşılıqlı etimada, ehtirama əsaslananda daha geniş miqyasda möhkəmlənir. Son illər Azərbaycanla Qazaxıstan arasında münasibətlər bu tezis baxımından xarakterizə edilməlidir. Tarixi Zəfərdən sonra işğaldan azad edilmiş ərazilərimizdə aparılan böyük quruculuq işlərinə Qazaxıstan da öz töhfəsini verib. Belə ki, Qazaxıstan Füzulidə Uşaq Yaradıcılığının İnkişafı Mərkəzinin yaradıb.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev oktyabrın 18-də “Kazinform” agentliyinə verdiyi müsahibəsində Azərbaycanla Qazaxıstan arasında ikitərəfli münasibətlərin daha səmimiliklə möhkəmləndiyini, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana 4 dəfə səfər etdiyini, 20 il əvvəl Qazaxıstanla Azərbaycan arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilə imzalandığını, bu iki dövlət arasında Ali Dövlətlərarası Şuranın fəaliyyət göstərdiyini, Azərbaycanla Qazaxıstan arasında investisiya əməkdaşlığının möhkəmləndiyini, ... diqqətə çatdıraraq dedi: “Türk Dövlətləri Təşkilatı (TDT) Azərbaycan ilə Qazaxıstan arasında qardaşlıq əlaqələrinin möhkəmləndirilməsində aparıcı rola malikdir, siyasi dialoqun dərinləşdirilməsi, iqtisadi əlaqələrin genişləndirilməsi və humanitar əməkdaşlığın inkişafı üçün hərəkətverici platforma rolunu oynayır.
2009-cu ildə qədim Azərbaycan torpağı Naxçıvanda yaradılan Türk Dövlətləri Təşkilatı türk xalqları və ölkələri arasında əməkdaşlığın və həmrəyliyin möhkəmlənməsinə mühüm töhfələr verib. Keçən il Şuşada ilk qeyri-rəsmi Zirvə Görüşü, bu yaxınlarda isə Qəbələdə TDT Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü keçirilib. Bu yüksəksəviyyəli görüşlərdə ölkələrimiz arasında təşkilat çərçivəsində əməkdaşlığın əsas məsələləri səmərəli şəkildə müzakirə edilib, Türk Dövlətləri Təşkilatının möhkəmlənməsinə, Türk dünyasının daha sıx birliyinə, onun siyasi, iqtisadi və hərbi gücünün artırılmasına, qlobal arenada güc mərkəzinə çevrilməsinə töhfə verən bəyannamələr imzalanıb”.
Mədəniyyətlərarası münasibətlərin başlıca mahiyyəti dövlətlərarası münasibətlər deməkdir. Qazaxıstanla Azərbaycan arasında belə münasibətlər çox qədim tarixə malikdir, qarşılıqlı ehtiram və sevgi əsasında davam etməkdədir. Qazxıstanın “Kitabi-Dədə Qorqud”un 1300 illik yubileyində böyük heyətlə iştirakı, Oljas Süleymanovun 1990-ci ilin yanvar faciəsində Azərbaycan gəlişi, onun “Az i Ya” kitabının Azərbaycanda tərcümə edilməsi və tirjlanması, ... ədəbiyyatlararası və mədəniyyətlərarası qardaşlığın ifadəsi kimi tarixləşdi. Xalqlarımızı çoxəsirlik tarixin, mədəniyyətin, dinin, ortaq dəyərlərin birləşdirdiyini bildirən dövlət başçımız dedi ki, “Mədəni əlaqələrin inkişafı xalqlarımızın bir-birinə daha da yaxınlaşmasında, qardaşlıq əlaqələrinin möhkəmlənməsində mühüm rol oynayır.
2023-cü ildə Azərbaycanda Qazaxıstan, 2024-cü ildə isə Qazaxıstanda Azərbaycan Mədəniyyəti Günləri keçirilib. Belə tədbirlər xalqlarımız arasında yaradıcılıq əlaqələrinin dinamik inkişafını əks etdirir və iki ölkənin mədəni ənənələrinin qarşılıqlı zənginləşməsinə töhfə verir. Qazax ədəbiyyatının inkişafında mühüm xidmətləri olan ən görkəmli simalardan biri Kemel Tokayevin “Gecə açılan atəş” adlı povestlər toplusunun Azərbaycan dilində nəşrini məmnunluqla qeyd etmək istərdim. Həmçinin 2023-cü ildə Bakıda Kemel Tokayevin 100, Mir Cəlal Paşayevin 115 illik yubileylərinə həsr olunmuş beynəlxalq konfrans keçirilib”.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Kazinform” agentliyinə verdiyi müsahibə tarixi dostluğa, qardaşlığa səmimi münasibətin, bu münasibətə yeni yanaşmanın ifadəsidir. Bu, tarixdir...
Səbinə XASAYEVA,
Milli Məclisin deputatı
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:227
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 21 Oktyabr 2025 19:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri