Bu torpaqlarla bağlı müqavilələr imzalanır | Icma.az
Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
45-dən çox sahibkarla ilkin mərhələdə 5 illik, sonrakı mərhələdə 44 illik müddətə nəzərdə tutulmaqla ümumilikdə 4 654 hektar torpağın icarəyə verilməsi həyata keçirilir.
Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Azərbaycan Respublikası Prezidentinin 27 noyabr 2024-cü il tarixli 236 nömrəli Fərmanının icrası çərçivəsində işğaldan azad edilimiş ərazilərdə torpaq idarəçiliyinə dair işlərin görülməsi davam etdirilir.
“Cebheinfo.az” xəbər verir ki, cari ilin sentyabr və oktyabr aylarında sahibkarlar üçün torpaq sahələrinin istifadəyə verilməsi məqsədilə bağçılıq və heyvandarlıq istiqamətində Xocalı, Xocavənd və Laçın rayonları üzrə ümumilikdə 6876 hektar torpaq sahəsi müsabiqəyə çıxarılıb.
Bu çərçivədə qeydiyyata alınmış 68 müraciətdən, layihə sənədlərini təqdim etmiş 49 müraciətçi üzrə 51 layihə qiymətləndirilməyə cəlb olunub və nəticədə 48 layihə məqbul hesab edilib.
Məqbul hesab edilən müraciətlər üzrə investisiya layihələrinə ayrılması nəzərdə tutulan torpaq sahəsi 3 rayon üzrə 4 654 ha təşkil edir.
Bunlardan 1 layihə intensiv heyvandarlığın inkişaf etdirilməsi istiqaməti (Laçın rayonu), digər 47 layihə isə (Laçın, Xocalı və Xocavənd rayonları) intensiv meyvəçilik istiqamətini əhatə edir.
Artıq qanunvericiliyin tələblərinə uyğun olaraq müsabiqə qalibləri ilə Kənd Təsərrüfatı Nazirliyi arasında torpaq icarə müqavilələrinin bağlanılmasına başlanılıb.
Tam oxu
Xəbəri oxu