Icma.az
close
up
RU
Bu torpaqlarla bağlı müqavilələr imzalanır

Bu torpaqlarla bağlı müqavilələr imzalanır

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

45-dən çox sahibkarla ilkin mərhələdə 5 illik, sonrakı mərhələdə 44 illik müddətə nəzərdə tutulmaqla ümumilikdə 4 654 hektar torpağın icarəyə verilməsi həyata keçirilir. 

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Azərbaycan Respublikası Prezidentinin 27 noyabr 2024-cü il tarixli 236 nömrəli Fərmanının icrası çərçivəsində işğaldan azad edilimiş ərazilərdə torpaq idarəçiliyinə dair işlərin görülməsi davam etdirilir. 

“Cebheinfo.az” xəbər verir ki, cari ilin sentyabr və oktyabr aylarında sahibkarlar üçün torpaq sahələrinin istifadəyə verilməsi məqsədilə bağçılıq və heyvandarlıq istiqamətində Xocalı, Xocavənd və Laçın rayonları üzrə ümumilikdə 6876 hektar torpaq sahəsi müsabiqəyə çıxarılıb. 

Bu çərçivədə qeydiyyata alınmış 68 müraciətdən, layihə sənədlərini təqdim etmiş 49 müraciətçi üzrə 51 layihə qiymətləndirilməyə cəlb olunub və nəticədə 48 layihə məqbul hesab edilib. Məqbul hesab edilən müraciətlər üzrə investisiya layihələrinə ayrılması nəzərdə tutulan torpaq sahəsi 3 rayon üzrə 4 654 ha təşkil edir. 

Bunlardan 1 layihə intensiv heyvandarlığın inkişaf etdirilməsi istiqaməti (Laçın rayonu), digər 47 layihə isə (Laçın, Xocalı və Xocavənd rayonları) intensiv meyvəçilik istiqamətini əhatə edir. Artıq qanunvericiliyin tələblərinə uyğun olaraq müsabiqə qalibləri ilə Kənd Təsərrüfatı Nazirliyi arasında torpaq icarə müqavilələrinin bağlanılmasına başlanılıb. 

Əkin yerlərinin sahibkarlara investisiya müsabiqələri əsasında 5+44 ilədək müddətə icarəyə verilməsi nəzərdə tutulur. İnvestisiya müsabiqələrində təqdim edilmiş aqrar layihənin kənd təsərrüfatı fəaliyyətinin dəyər zəncirini əhatə etməsi (əkinçilik, bağçılıq, heyvandarlıq, emal və s.), innovativ parametrlərə malik olması, investisiya həcmi, səmərəliliyi, dəyər zəncirini özündə ehtiva etməsi və s. məsələlər nəzərə alınır. 

İcarə müddəti dövründə fəaliyyətin qiymətləndirilməsi ilə fəaliyyətin davam etdirilməsi qərarları qəbul olunacaqdır. Qeyd edək ki, azad olunmuş ərazilərdə kənd təsərrüfatı fəaliyyətlərinin dayanıqlı inkişaf prinsipləri əsasında formalaşması Nazirliyin əsas prioritetlərinə daxildir. 

Bu məqsədlə icarə əsaslı torpaq əldə etmiş sahibkarlara müvafiq subsidiyalarla göstərilən dəstəklər diqqət mərkəzində saxlanılır və Aqrar Subsidiya Şurasının hər il qəbul edilən qərarlarında ehtiyac meyarları nəzərə alınaraq fərqləndirilir. 

Nigar 
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 05 Dekabr 2025 15:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see551

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see499

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see378

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see318

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see270

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see249

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see241

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see222

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see216

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see212

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see204

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see202

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see198

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see192

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see192

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see191

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see185

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see184

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see180

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri